Loading...

Tərtər rayonunda məcburi köçkün ailələri üçün tibbi aksiya keçirilib

17.11.2022, 11:20

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyinin dəstəyi ilə münaqişədən ziyan çəkmiş Tərtər rayonunda qaçqın və məcburi köçkün ailələri üçün tibbi aksiya keçirib.

15-18 noyabr 2022-ci il tarixində Tərtər rayon Mədəniyyət Mərkəzində keçirilən aksiyada mindən çox şəxsin göz müayinəsindən keçməsi nəzərdə tutulub. Bu məqsədlə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Tərtər, Bərdə və Ağdam rayon mərkəzi xəstəxanalarında fəaliyyət göstərən 4 həkim-oftalmoloq aksiyaya cəlb olunub. Aksiyada Tərtər rayonunda müvəqqəti məskunlaşmış Ağdam, Laçın və Kəlbəcər rayonlarından olan məcburi köçkünlər iştirak ediblər. Həkim-oftalmoloqlar tərəfindən yazılan reseptlər əsasında ehtiyacı olan şəxslərə Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkəti tərəfindən ianə olunmuş optik eynəklər paylanılıb. Müayinə nəticəsində tibbi prosedurlar tələb olunan vətəndaşlar isə əlavə müayinə və müalicə üçün müvafiq tibb müəssisələrinə yönləndirilib.

BMT-nin Qaçqınlar üzrə Agentliyi bütün dünyada qaçqınların himayəsi və onlar üçün həll yollarının tapılması məqsədi ilə yerli hakimiyyət orqanları ilə əməkdaşlıq şəraitində beynəlxalq fəaliyyətlərə rəhbərlik etmək və onları koordinasiya etmək səlahiyyətinə malikdir. Qurum Azərbaycanda 1992-ci ilin dekabrından, ölkə kütləvi məcburi köçkün axını problemi ilə üzləşdiyi vaxtdan fəaliyyət göstərir.

BMT-nin Qaçqınlar üzrə Agentliyi vasitəsilə Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkəti 2005-ci ildən etibarən hər il Azərbaycanda göz müayinəsi və eynək paylanışı aksiyasını həyata keçirib. Şirkət Azərbaycanda görmə qabiliyyətinin müayinəsi üzrə 15 humanitar missiya həyata keçirib, 65 mindən artıq yüksək keyfiyyətli eynək ianə etməklə yanaşı, 33 mindən çox məcburi köçkün, qaçqın, sığınacaq axtaran və həssas durumda olan digər insanlar üçün göz müayinələri təşkil edib.

Son xəbərlər

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri