Loading...

Agentlik tərəfindən uşaq sığınacağında tibbi müayinə təşkil olunub

18.11.2022, 17:23

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşəbbüsü ilə “Uşaq hüquqları aylığı” çərçivəsində Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində məskunlaşan uşaqlar üçün ixtisaslı həkim müayinələri təşkil olunub.

Tibbi müayinənin keçirilməsində əsas məqsəd valideyn himayəsindən məhrum olmuş xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlamlığı ilə bağlı problemləri erkən aşkarlamaq və ağırlaşmaların qarşısını vaxtında almaqdır.

İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi müayinələrə 1-18 yaş qruplarında olan uşaq və yeniyetmələr, həmçinin uşaq sığınacağında məskunlaşan qadınlar cəlb olunublar. Tibbi müayinədə 2 nəfəri qadın olmaqla ümumilikdə 14 nəfər iştirak edib.

Onlar 20 nömrəli Uşaq Poliklinikasının pediatr, nevroloq, psixiatr, allerqoloq və travmatoloqdan ibarət həkim heyəti tərəfindən müayinə olunublar.

Müayinə nəticəsində 2 uşağın laborator analiz (hemoqram, dəmir, Ferritin və vitamin D) verməsinə ehtiyacın olduğu müəyyən edilib. Həmçinin 4-ü uşaq olmaqla 5 nəfərin funksional-instrumental müayinələrdən (rentgen, ultrasəs müayinə, maqnit-rezonans tomoqrafiya və elektroensefaloqrafiya) keçməsinə, 1 uşağın otorinolarinqoloqun, 1-i uşaq olmaqla 2 nəfərin oftalmoloqun və 1 uşağın uşaq cərrahının müayinəsinə göndərilməsinə zərurət yaranıb. Nəticədə onların müvafiq tibb müəssisələrində müayinələrdən keçmələrinə qərar verilib.  Əlavə olaraq 1 nəfər hamilə qadın antenatal qulluq və doğuşa yardım məqsədilə həkim nəzarətinə götürülüb. 

Həmçinin 3 uşağa yerindəcə ambulator müalicə təyin olunub və Agentlik tərəfindən onlar lazımi dərman preparatları ilə təmin olunublar.

Qeyd edək ki, Agentlik hər zaman uşaqlara qayğı ilə yanaşır, onların vaxtında müayinə və müalicə məsələlərini diqqətdə saxlayaraq davamlı olaraq tədbirlər görür.

Məlumat üçün bildirək ki, “Uşaq hüquqları aylığı” Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr – 20 noyabr tarixlərində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunub.

Son xəbərlər

Azərbaycan nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub
05.06.2025
Ətraflı oxu
Uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub
02.06.2025
Ətraflı oxu
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirildi
30.05.2025
Ətraflı oxu
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 192-yə çatıb
26.05.2025
Ətraflı oxu
Zaur Əliyev Xaçmazda vətəndaşları qəbul edib
23.05.2025
Ətraflı oxu
Qlütenə qarşı həssaslığın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
20.05.2025
Ətraflı oxu
Plazmaferez – qanın zərərli maddələrdən təmizlənməsi icbari tibbi sığorta təminatına daxildir
15.05.2025
Ətraflı oxu
Allergiyaların diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir
13.05.2025
Ətraflı oxu
Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri