Loading...

Qan və onun komponentlərinin operativ paylaşdırılması mexanizmi təkmilləşdirilir

15.12.2022, 15:00

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Xəstəxana İdarəetmə Sisteminin “Mərkəzi Qan Bankı” modulu istifadəyə verilib. Modul qan tədarükü zəncirini gücləndirmək, ehtiyacı olan şəxslərin qan və onun komponentləri ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə yaradılıb.

Bu modul özündə bütün donorların reyestrini cəmləşdirərək donorların düzgün statistikasını formalaşdırır və lazım olduqda qan və onun komponentlərinin müvafiq xəstəxanalara paylaşdırılması mexanizmini tənzimləyir.

İlkin mərhələdə modulun tətbiqinə Milli Hematologiya və Transfuziologiya Mərkəzində (Mərkəzi Qan Bankı) və onun nəzdindəki 8 regional Mərkəzi Qan Bankının bölməsində (Sumqayıt, Gəncə, Şəki, Mingəçevir, Bərdə, Şirvan, Quba və Lənkəran) eyni zamanda Bakı şəhərində yerləşən 5 dövlət xəstəxanasında (Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Sabunçu Tibb Mərkəzi və Milli Onkologiya Mərkəzi) başlanılıb. Modul vasitəsilə sözügedən tibb müəssisələri arasında qanın paylanılmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi təmin edilir.

Donor olmaq istəyən şəxsin modulda qeydiyyatı şəxsiyyət vəsiqəsinin FİN koduna əsasən aparılır. Qanın və onun komponentlərinin təhlükəsizliyinin və keyfiyyətinin təmin edilməsi məqsədilə donora keçirdiyi və ya hazırkı xəstəlikləri, ona vurulmuş peyvəndlər, həmçinin narkotik vasitələr və psixotrop maddələr qəbul edib-etməməsi və digər suallar ünvanlanır. Daha sonra donorun fiziki müayinəsi aparılır, çəkisi, boyu, nəbzi, qan təzyiqi və hərarəti ölçülür. Qanın laborator müayinəsi zamanı hemoqlobinin səviyyəsi, qan qrupu, rezus mənsubiyyəti, qanda trombositlərin sayı (bu müayinə yalnız aferez trombosit donorluğunda aparılır) və alt qan qrupları təyin edilir. Laborator şəraitdə  donorun qanı İİV (İnsanın İmmunçatışmazlığı Virusu), hepatit B və C virusları, sifilis xəstəlikləri üzrə yeni quraşdırılmış tam avtomatlaşdırılmış cihazda yoxlanılır. Donora verilən sualların cavabları və fiziki müayinənin nəticələri elektron məlumat bazasına daxil edilir.

Modulda qan qrupları və alt qan qrupları üzrə filtrasiya (çeşidləmə) funksiyası var. Bu funksiya Mərkəzi Qan Bankının istənilən bölməsi tərəfindən resipiyent üçün uyğun qan komponentlərinin operativ tapılmasına, vaxtında tibbi xidmətin göstərilməsinə, nəticədə insan həyatının xilas olunmasına və sağlamlığının bərpasına imkan yaradır. Modulun digər bir üstünlüyü istifadə tarixi bitmiş qan komponentlərinin proqram tərəfindən avtomatik müəyyən edilərək istifadədən kənarlaşdırmasıdır.

Eyni zamanda ilk dəfə Mərkəzi Qan Bankının laboratoriyasında Laboratoriya İdarə Sistemi (LİS) vasitəsilə tam avtomatlaşdırılmış avadanlıqlarda icra olunan donorun bütün analizlərinin nəticələri avtomatik olaraq proqrama ötürülür. Bu isə öz növbəsində yanlış nəticələrin və texniki səhvlərin qarşısını alır.

Qeyd edək ki, moduldan istifadə qaydaları ilə bağlı müvafiq tibb müəssisələrinin əməkdaşlarına təlimlər keçirilib.

Son xəbərlər

Azərbaycan nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub
05.06.2025
Ətraflı oxu
Uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub
02.06.2025
Ətraflı oxu
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirildi
30.05.2025
Ətraflı oxu
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 192-yə çatıb
26.05.2025
Ətraflı oxu
Zaur Əliyev Xaçmazda vətəndaşları qəbul edib
23.05.2025
Ətraflı oxu
Qlütenə qarşı həssaslığın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
20.05.2025
Ətraflı oxu
Plazmaferez – qanın zərərli maddələrdən təmizlənməsi icbari tibbi sığorta təminatına daxildir
15.05.2025
Ətraflı oxu
Allergiyaların diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir
13.05.2025
Ətraflı oxu
Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri