Loading...

Ötən il vahid əlaqələndirmə mərkəzlərində icbari tibbi sığorta ilə bağlı 433 vətəndaşa xidmət göstərilib

09.02.2023, 15:00

2022-ci il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən ölkədə fəaliyyət göstərən vahid əlaqələndirmə mərkəzlərində 433 müharibə iştirakçısı və şəhid ailəsi üzvünə xidmət göstərilib. Müraciətlərə uyğun olaraq vətəndaşlar ümumilikdə 617 xidmətdən yararlanıb. Bu xidmətlərin 550-si səhiyyə xidmətləri, 46-sı immunoprofilaktikaya dair məlumatlandırma, 21-i isə tibbi arayışların elektron registrindən məlumatların verilməsi ilə bağlı olub.

Vahid əlaqələndirmə mərkəzlərində cəmlənmiş 53 qurumdan biri olan Agentlik vətəndaşlara 3 istiqamət üzrə xidmət göstərib. Qeyd edək ki, bu istiqamətlər daxilində vətəndaşlar eyni zamanda icbari tibbi sığorta haqqında məlumatlandırılıb, onlara Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən istifadə və əlillik statusunun əldə olunması ilə əlaqədar müvafiq yardım göstərilib.

Birinci istiqamət Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə səhiyyə xidmətləri ilə bağlı müraciətlərin qəbulu üzrədir. Vətəndaş müraciət etdiyi zaman ona gərəkli olan müvafiq tibb müəssisəsi ilə əlaqə saxlanılır, sorğusu lazımi həkimə ünvanlanır, çətinlik yaranarsa, məsələnin həlli istiqamətində müvafiq tədbirlər görülür və ya vətəndaş həmin tibb müəssisəsinə yönləndirilir.

İkinci istiqamət COVID-19 infeksiyası və vaksinasiya ilə bağlı sualların cavablandırılması, həmçinin Milli peyvənd təqvimi haqqında məlumatın verilməsi ilə bağlıdır.

Sonuncu istiqamətə isə tibbi arayışların elektron registrindən məlumatların verilməsi aiddir. Belə ki, vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən “Əlillik” altsisteminə daxil edilmiş müayinənin cavabı ilə qane olmadığı zaman (imtinanın səbəbi sənəd yetərsizliyi, müalicə yetərsizliyi və ümumən tibb müəssisəsi ilə bağlı olduğu hallarda) Agentliyin vahid əlaqələndirmə mərkəzlərindəki əməkdaşına müraciət edə bilər. Vətəndaşın sorğusu müvafiq olaraq Agentliyə, DOST Agentliyinə və ya müvafiq tibb müəssisəsinə yönləndirilir, yaranmış çətinliyin səbəbi araşdırılır və müvafiq tədbirlər görülür.

Qeyd edək ki, vahid əlaqələndirmə mərkəzləri ilk dəfə 2021-ci ilin 23 avqust tarixində Nazirliyin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin mərkəzlərində fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 iyun tarixli Fərmanına əsasən vahid əlaqələndirmə mərkəzlərinin yaradılmasında məqsəd şəhid ailəsi üzvləri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və əlilliyi müəyyən edilmiş şəxslərə vahid məkandan dövlət qurumlarının təxirəsalınmaz və operativ xidmət göstərməsini təmin etməkdir.

Son xəbərlər

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri