Loading...

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Çağrı mərkəzində "Açıq qapı" günü keçirilib

14.02.2023, 17:26

14 fevral tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı mərkəzində media və vətəndaş cəmiyyəti nümayəndələri üçün “Açıq qapı” günü təşkil edilib. “Açıq qapı” gününün keçirilməsində məqsəd iştirakçıları qurumun Çağrı mərkəzinin fəaliyyəti ilə əyani tanış etmək, zənglərin cavablandırılması və qeydə alınması proseslərini izləmələrinə şərait yaratmaq, onları maraqlandıran sualları cavablandırmaqdır.

Ötən ilin sonunda Çağrı mərkəzinin fəaliyyəti müasir tələblərə uyğunlaşdırılıb. Belə ki, bu sahəyə məsul əməkdaşların sayı artırılıb, müraciətlərin qəbulu, avtomatik qeydiyyatı və aidiyyəti üzrə yönləndirilərək operativ cavablandırılması sisteminin təkmilləşdirilməsi üçün müvafiq işlər aparılıb.

Çağrı mərkəzi xidmətinin rəhbəri Nərminə Ramazanova bildirib ki, görülən tədbirlər mərkəzə müraciətlərin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun artırılmasına istiqamətlənib:

“2022-ci ilin noyabr ayından etibarən “1542” Çağrı mərkəzinin işini tam avtomatlaşdırmağa imkan verən yeni proqram təminatı qurulub. Proqram təminatı müraciətçilərlə əlaqələrin idarəedilməsi, qəbul edilən zənglərin qeydiyyatının, məlumat bazasının, ümumilikdə hesabatlılığın təmin edilməsinə, işin keyfiyyətinin canlı izlənilməsinə imkan verir”.

N.Ramazanova Çağrı mərkəzinin fəaliyyəti ilə bağlı digər yenilikləri də diqqətə çatdırıb: “Noyabr ayından etibarən icbari tibbi sığorta ilə bağlı yeni xətt - göndərişlərin verilməsi xətti (1542-3) istifadəyə verilib. Bu xəttə zəng etməklə vətəndaşlar sığorta çərçivəsində dövlət və özəl tibb müəssisələrinə göndərişlərin verilməsi qaydası ilə bağlı suallarına cavab ala bilərlər. Artıq bu günədək bu mövzuda 3926 müraciət cavablandırılıb. Bundan əlavə, Çağrı mərkəzi azərbaycan dili ilə yanaşı, rus dilində də fəaliyyət göstərir. Noyabrdan bu günədək rus dilində ümumilikdə 1171 müraciət cavablandırılıb”.

Agentliyin Çağrı mərkəzində ümumilikdə 42 əməkdaş xidmət göstərir. Yanvar ayına olan göstəriciyə görə mərkəzə gün ərzində ortalama 814 zəng daxil olub. Müraciət zamanı gözləmə müddəti orta hesabla 22 saniyə, vətəndaşlarla danışıq müddəti isə orta hesabla 1 dəqiqə 09 saniyə olub.

Məlumat üçün qeyd edək ki, 2022-ci il ərzində “1542” Çağrı mərkəzinə ümumilikdə 216 252 müraciət daxil olub. Çağrı mərkəzinin icbari tibbi sığorta ilə bağlı xəttinə 42 694, əlillik məsələləri ilə bağlı xəttinə 12 489, koronavirusla bağlı xəttinə 6471, operator ilə əlaqə xəttinə isə 154 598 müraciət daxil olub. Bütün müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən məsələlər aidiyyəti üzrə müvafiq struktur bölmələrə yönləndirilib və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıblar.

Agentliyin Çağrı mərkəzi 5 yönəldici xətt üzrə xidmət göstərir. Çağrı mərkəzinin icbari tibbi sığorta xətti (1542-1), əlillik məsələləri ilə bağlı xətti (1542-2), göndərişlərin verilməsi ilə bağlı xətti (1542-3), koronavirusla bağlı xətti (1542-4) həftəiçi 5 gün 09:00-dan 18:00-dək, operator ilə əlaqə xətti (1542-0) isə 7/24 fəaliyyət göstərir.

Qeyd edək ki, respublikanın istənilən regionundan stasionar və mobil telefonlardan “1542” Çağrı mərkəzini ödənişsiz yığmaq mümkündür.

Son xəbərlər

Azərbaycan nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub
05.06.2025
Ətraflı oxu
Uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub
02.06.2025
Ətraflı oxu
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirildi
30.05.2025
Ətraflı oxu
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 192-yə çatıb
26.05.2025
Ətraflı oxu
Zaur Əliyev Xaçmazda vətəndaşları qəbul edib
23.05.2025
Ətraflı oxu
Qlütenə qarşı həssaslığın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
20.05.2025
Ətraflı oxu
Plazmaferez – qanın zərərli maddələrdən təmizlənməsi icbari tibbi sığorta təminatına daxildir
15.05.2025
Ətraflı oxu
Allergiyaların diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir
13.05.2025
Ətraflı oxu
Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri