Loading...

Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev Naxçıvan Muxtar Respublikasına səfər edib

01.03.2023, 10:17

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev və rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olublar.

Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov, hər iki rəhbər şəxsin müavinləri Nigar Bayramova və Anar İsrafilov, Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin baş direktoru Samiq Sadıxov ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.

Səfər müddətində nümayəndə heyəti Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikası üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüb.

Daha sonra rəsmilər Naxçıvan Dövlət Universitetində (NDU) olublar. Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin baş direktoru Samiq Sadıxovun iştirakı ilə baş tutan tanışlıq görüşündə bildirilib ki, tibb fakültəsi üçün ayrıca bina, xəstəxana, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar mövcuddur. Qonaqlar NDU-nun tibb fakültəsində fəaliyyət göstərən kitabxana, kompüter otağı, histologiya, anatomiya, fizioterapiya, patalogiya və stomatoloji texniki laboratoriyalar ilə tanış olublar.

Səfər çərçivəsində nümayəndə heyəti Naxçıvan Muxtar Respublika Xəstəxanası və Doğum Mərkəzi, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi, Şahbuz Rayon Mərkəzi Xəstəxanası və kənd həkim ambulatoriyalarının fəaliyyətləri ilə tanış olublar. Tibb müəssisələrində icbari tibbi sığorta sisteminin işləmə mexanizmi, sığorta çərçivəsində göstərilən tibbi xidmətlər və s. barədə qonaqlara məlumat verilib.

Son xəbərlər

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri