Loading...

Agentlik əlilliyin qiymətləndirilməsində şəffaflıq və operativliyin təmini məqsədilə pilot layihəyə start verib

20.04.2023, 14:40

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən əlilliyin qiymətləndirilməsi istiqamətində start verilmiş layihə çərçivəsində 20 aprel 2023-cü il tarixində Quba Rayon Mərkəzi Xəstəxanasına (Quba RMX) səfər təşkil edilib. Səfərin məqsədi media heyətini və Litva Respublikasının Milli Tibbi Sığorta Fondu (Tvininq layihəsinin) nümayəndələrini əlilliyin qiymətləndirilməsində vətəndaşların əyani baxışdan keçirilməsi qaydası, bu məqsədlə tibb müəssisəsində yaradılmış şərait və görülən işlərlə tanış etməkdir.

Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli bildirib ki, əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın, obyektivliyin və operativliyin təmin edilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür: “Növbəti tədbir pilot layihənin icrası ilə bağlıdır. Layihənin əsas məqsədi tibb müəssisələrində Həkim Məsləhət Komissiyalarının (HMK) işini təkmilləşdirmək, göstərilən tibbi xidmətlərin keyfiyyətini artırmaq və vətəndaş məmnunluğunu təmin etməkdir. Layihənin icrasına ilkin olaraq Quba RMX-də başlanılıb. HMK-nın fəaliyyəti xəstəxanaya müraciət etmiş şəxsin və müalicə həkiminin əlilliyə göstərişin olmasına dair tibbi sənədlərinin, qoyulmuş diaqnozların düzgünlüyünə nəzarət etmək, 2022-ci ildə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş əlilliyin müəyyən olunması meyarlarına uyğunluğu yoxlamaq üçün vətəndaşın yerində əyani müayinəsini aparmaqdan ibarətdir”.

Quba RMX-nin direktoru Əliyar Sərvərovun sözlərinə görə, vətəndaşların HMK tərəfindən qəbulu və əyani olaraq tibbi yoxlamanın aparılması üçün xəstəxanada qəbul və müvafiq otaqlar ayrılmışdır: “Müayinə otaqları bütün lazımi avadanlıqlarla (elektrokardioqrafiya, exokardioqrafiya, bronxoskopiya, portativ rentgen, ultrasəs müayinə) təchiz edilib. Quba və Qusar sakinlərinin əlillik məsələləri üzrə müraciətləri ilə bağlı həftəlik xüsusi qəbul günləri müəyyən edilib. Burada həftə ərzində 70-100 vətəndaşın müraciətlərinə baxılır, mövcud sənədlər nəzərdən keçirilir, vətəndaşlar yerində müayinə olunur və müvafiq qərarın qəbulundan sonra toplanmış sənədlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yönləndirilir”.

Qeyd edilib ki, layihə çərçivəsində Quba RMX-də vətəndaşların rahatlığı və məlumatlara əlçatanlığı məqsədilə monitorlar quraşdırılıb. Monitor vasitəsilə vətəndaşlar yeni təsdiq edilmiş əlilliyin müəyyən olunması meyarları və müvafiq meyarlar üzrə gərəkli olan müayinələrin siyahısı ilə təsviri şəkildə tanış ola bilirlər. Bu zaman vətəndaşın şəxsi müayinələri arasında natamamlıq və ya dəqiqləşdirilməmiş diaqnoz olduğu təqdirdə yerində təkrar həkim tərəfindən yoxlanılmasına imkan yaranır. Bu da öz növbəsində vətəndaşın əlavə tibbi yoxlama üçün digər xəstəxanaya təkrar müraciət etməsinin, nəticədə vaxt itkisinin qarşısını alır.

Qeyd edək ki, pilot layihənin nəticələrindən asılı olaraq, əlilliyin qiymətləndirilməsi məsələləri üzrə ölkənin digər bölgələrində də mərkəzləşdirilmiş xəstəxanaların müəyyən edilərək layihənin icrasının davam etdirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri