Loading...

Azərbaycan və Koreya arasında tibbi sığorta sisteminin təkmilləşdirilməsinə yönəlik memorandumlar imzalanıb

05.05.2023, 14:35

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin başçılıq etdiyi nümayəndə heyəti cari ilin 1-5 may tarixlərində Koreya Respublikasında işgüzar səfərdə olublar.

Səfər müddətində Koreya Respublikasının bir sıra dövlət qurumları ilə görüşlər keçirilmiş, tibbi sığorta sisteminin inkişaf perspektivləri müzakirə edilmişdir, habelə bu sahədə tərəfdaşlığın genişlənməsinə əlavə imkanlar açan Anlaşma Memorandumları imzalanmışdır.

Belə ki, Agentlik və Koreya Respublikasının Milli Tibbi Sığorta Xidməti (NHIS)  arasında imzalanan Memorandum tibbi sığorta sistemini təkmilləşdirmək və bu sahədə qarşılıqlı faydalı əməkdaşlığı təşviq etmək məqsədi daşıyır. Sənəddə həmçinin informasiya və qabaqcıl təcrübə mübadiləsi, birgə seminarlar, konfranslar, peşəkarlar üçün təlimlər, təcrübə və mübadilə proqramlarının keçirilməsi nəzərdə tutulur. Memorandum sığorta uyğunluğunun və sığorta ödənişlərinin idarə edilməsi, sığorta yığımlarının toplanılması, tibb müəssisələrinin fəaliyyətinin təşkili, sığorta maliyyəsinin səmərəliliyi, sağlamlıq haqqında ictimai məlumatlılığın artırılmasına istiqamətlənir. 

Agentlik və Koreya Respublikasının Tibbi Sığortaya Baxış və Qiymətləndirmə Xidməti (HIRA) arasında imzalanan Memorandum isə tibbi xidmətlərin satın alınması, o cümlədən, göstərilən xidmətlər üzrə tibbi iddiaların yoxlanılması, Xidmətlər Zərfinin formalaşdırılması, dərman vasitələrinin və tibbi cihazların tariflərinin müəyyən olunması, ödəniş mexanizmlərin hazırlanması və təkmilləşdirilməsi, tibbi xidmətlərin keyfiyyəti, informasiya texnologiyaların tətbiqi sahələrində təcrübə mübadiləsinin təşviqinə yönəlib. HIRA ilə qurulan əməkdaşlıq onun beynəlxalq icma və təşkilatlarla bölüşdüyü bilik və təcrübələrini əldə etməklə tibbi sığorta sistemində xidmət keyfiyyətini daha da yaxşılaşdırmağa istiqamətlənir. Eləcə də, Memorandumla Azərbaycan və Koreya Respublikasının tibbi sığorta sahələri üzrə birgə tədqiqatların aparılması və nəticələrin beynəlxalq jurnallarda nəşr etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, NHIS vətəndaşları tibbi sığorta ilə təmin edən dövlət qurumu, HIRA isə Səhiyyə və Rifah Nazirliyinin tabeliyində fəaliyyət göstərən keyfiyyətin yoxlanılması və qiymətləndirilməsinə cavabdeh olan dövlət qurumudur.

#İTS #icbaritibbisığorta #İTSDA #səhiyyə 

Son xəbərlər

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri