Loading...

Bakıdan dəvət olunmuş ixtisaslı həkimlər Lənkəranda uşaqları tibbi müayinə ediblər

12.05.2023, 11:40

10-11 may tarixlərində Lənkəran Rayon Mərkəzi Xəstəxanasında (Lənkəran RMX) icbari tibbi sığorta çərçivəsində 18 yaşadək uşaqlar arasında tibbi müayinə keçirilib. Tibbi müayinənin keçirilməsində əsas məqsəd uşaqların sağlamlığını qorumaq, fiziki inkişafını təmin etmək və sağlamlıqla bağlı problemlərini ilkin mərhələdə aşkar edərək əlillikdən, xəstəliklərdən mühafizə etməkdir.

Tibbi müayinələr İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Nümayəndəliyi arasında icra olunan “Səhiyyə sektorunun dəstəklənməsi” layihəsi çərçivəsində, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı və KOICA Azərbaycanlı Məzunlar Assosiasiyasının maliyyə dəstəyi ilə keçirilib.

Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında (RKX) çalışan, Türkiyə Cümhuriyyətində pediatriya sahəsində uzmanlıq təhsili almış pediatr, pediatr-qastroenteroloq, pediatr-kardioloq və radioloq ixtisaslı həkimlər Lənkəran RMX-da  uşaqları müayinə ediblər.

Müayinələrdə böyük əksəriyyəti Lənkəran rayonundan olmaqla Lerik və Astara rayonlarından olan 150 nəfər azyaşlı sakin iştirak edib. Funksional diaqnostik müayinələrdən sonra ixtisaslı həkimlər tərəfindən 4 nəfər dəqiqləşdirilmiş virus qızdırması ilə stasionar yatış üçün Respublika Uşaq Klinik Xəstəxanasına göndərilib. Kardioloji müayinə zamanı 5 uşağın ürəyində qüsurlar aşkarlanıb. Onlardan ikisi əməliyyata göstərişin olub-olmamasını dəqiqləşdirmək üçün əlavə müayinələr üçün Bakıya dəvət olunub. Yüngül ürək qüsuru olan üç nəfərin isə mütəmadi həkim nəzarəti altında qalmaları tövsiyə olunub. Həmçinin qasıq yırtığı diaqnozu qoyulan iki aylıq uşağa əməliyyat təyin olunub, 2 uşağa otorinolarinqoloq və nevroloqun müayinəsi tövsiyə olunub.

Bundan başqa medikamentoz müalicəyə ehtiyacı olan 50-yə yaxın uşağa reseptlər yazılıb. Valideynlərə uşaqların sağlam inkişafı üçün vacib olan məsləhətlər verilib, immunoprofilaktika tədbirlərinin xəstəliklərin fəsadlarının aradan qaldırılması baxımından əhəmiyyəti izah olunub.

Məlumat üçün bildirək ki, müayinədə iştirak edən həkimlərdən ikisi Agentlik tərəfindən icra olunan “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” çərçivəsində RKX-da işə cəlb olunub. 

 

Son xəbərlər

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri