Loading...

ÜST tərəfindən yerli səhiyyə qurumları ilə əməkdaşlıqda Şamaxı rayonunda ilkin səhiyyə xidmətləri üzrə görülmüş işlərə baxış keçirilib

12.05.2023, 14:38

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəsi Dr. Hande Harmancı ilkin səhiyyə xidməti ilə bağlı görülmüş işlərlə tanışlıq və bu sahədə ÜST-nin ölkənin səhiyyə qurumları ilə gələcək əməkdaşlığına dair müzakirələrin aparılması məqsədilə Şamaxı rayonuna səfər ediblər.

Səfər zamanı ÜST-nin Şamaxı Təlim Mərkəzi, Şamaxı Ailə Sağlamlıq Mərkəzi (ASM) və Quşçu kəndində yerləşən ASM-də görüşlər keçirilib. Həmçinin ÜST-nin layihəsi çərçivəsində rayona gətirilmiş mobil klinikaların fəaliyyəti ilə tanışlıq olub. Görüşlərdə ÜST-nin ekspertləri və yerli səhiyyə işçiləri rayondakı ilkin səhiyyə xidməti sahəsindəki təcrübələrini paylaşıb və bu sahənin gələcək inkişafına dair fikir mübadiləsi aparılıb.

Səfərin yekununda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun da iştirakı ilə ölkənin səhiyyə qurumları və ÜST arasında Şamaxı və digər yerlərdə ilkin səhiyyə xidmətinin  gücləndirilməsi sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Qeyd edək ki, ÜST Şamaxı rayonunda “İlkin Səhiyyə Xidməti üzrə Nümayiş” layihəsi, həmçinin Azərbaycan Tibb Universitetinin 6-cı kurs tələbələrinin iştirakı ilə Şamaxı Təqaüd Proqramı və digər tədbirlər həyata keçirib. Bu layihənin, eləcə də tədbirlərin məqsədi Şamaxıda əlçatan, keyfiyyətli və hərtərəfli ilkin səhiyyə xidməti modeli işləyib hazırlamaq, tibb işçilərinin bilik-bacarıqlarını artırmaq, həmçinin ilkin səhiyyə xidməti üzrə kadr potensialını gücləndirməkdir.

ÜST-nin Ölkə Ofisi son illər Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi və universal tibbi təminata nail olunması məqsədi ilə həyata keçirilən islahatları dəstəkləmək üçün yerli səhiyyə tərəfdaşlarıyla sıx əməkdaşlıq edir. Bu baxımdan ilkin səhiyyə xidmətinin  gücləndirilməsinə dəstək ÜST-nin Azərbaycandakı prioritetlərindən biridir.

Son xəbərlər

Azərbaycan nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub
05.06.2025
Ətraflı oxu
Uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub
02.06.2025
Ətraflı oxu
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirildi
30.05.2025
Ətraflı oxu
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 192-yə çatıb
26.05.2025
Ətraflı oxu
Zaur Əliyev Xaçmazda vətəndaşları qəbul edib
23.05.2025
Ətraflı oxu
Qlütenə qarşı həssaslığın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
20.05.2025
Ətraflı oxu
Plazmaferez – qanın zərərli maddələrdən təmizlənməsi icbari tibbi sığorta təminatına daxildir
15.05.2025
Ətraflı oxu
Allergiyaların diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir
13.05.2025
Ətraflı oxu
Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri