Loading...

ADA ilə əməkdaşlıq çərçivəsində “Potensialın Gücləndirilməsi Proqramı” məzunlarının təltifetmə mərasimi baş tutub

15.05.2023, 16:14

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu İxtisasartırma Proqramlarının tərəfdaşlığı çərçivəsində həyata keçirilən “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üçün Potensialın Gücləndirilməsi Proqramı”nın ikinci hissəsi yekunlaşıb. İxtisasartırma Proqramları tərəfindən təşkil olunan və ötən ilin noyabr ayından başlayaraq 5 ay davam edən təlim proqramında Agentliyin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) 117 əməkdaşı iştirak edib. 

Tədbirdə ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə, Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov, ADA Universitetinin İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova iştirak ediblər.

Proqram çərçivəsində ADA Universitetində keçirilən təlim kursunda layihənin idarə olunması, peşəkar ünsiyyət, danışıqların aparılması bacarıqları, emosional zəka, vaxtın, stresin idarə edilməsi diplomatik protokol qaydaları və digər mövzular tədris olunub.

Prorektor Fariz İsmayılzadə təlim kursunu bitirmələri münasibətilə hər iki qurumun əməkdaşlarını təbrik edib. "Biz bu təlim vasitəsilə təcrübəli təlimçilərlə birlikdə Agentliyin əməkdaşlarının peşəkar inkişafını dəstəkləyirik. Əminik ki, onların qazandıqları bacarıqlar gündəlik iş fəaliyyətində keyfiyyətin artmasına səbəb olacaq. Sevindirici haldır ki, Agentliklə əməkdaşlığımızın genişlənməsi istiqamətində apardığımız daimi müzakirələr yeni təşəbbüslərin irəli sürülməsinə gətirib çıxarır".

Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev təlim kursunu bitirmələri münasibəti ilə qurumun əməkdaşlarını təbrik edib və təlimlərdə iştirak etmə imkanı yaratdığı üçün ADA Universitetinə təşəkkürünü ifadə edib: “Hər bir qurum və müəssisənin uğurlu fəaliyyəti onun kadrlarının potensialı və işə yanaşması ilə əlaqəlidir. Vəzifəsindən və səlahiyyətindən asılı olmayaraq hər bir əməkdaşın özünü inkişaf etdirməsi elə müəssisənin inkişafı deməkdir. Əlbəttə ki, bu müvəffəqiyyətə nail olmağın yolu hər iki tərəfin – həm rəhbərliyin, həm də əməkdaşın təşəbbüs və qətiyyətinə bağlıdır. Əminəm ki, təlimlərdən əldə olunan bilik və təcrübələr icbari tibbi sığorta çərçivəsində həyata keçirdiyimiz layihələrin peşəkar səviyyədə idarə edilməsinə imkan yaradacaq”.

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov çıxışında təlim kursunu bitirən əməkdaşları təbrik edib və kursun mahiyyəti barədə danışıb: “Bu gün TƏBİB-in beynəlxalq təşkilatlarla və xarici ölkələrlə əlaqələri intensiv şəkildə genişlənir. Eyni zamanda lokal və beynəlxalq tədbirlərin təşkili, layihələrin icrası istiqamətində ardıcıl işlər görülür. İnanıram ki, “Potensialın Gücləndirilməsi Proqramı” çərçivəsində təşkil edilən təlimlərdə iştirak edən bütün həmkarlarımız öz peşəkar bacarıqlarını təkmilləşdirib, yeni biliklərə yiyələniblər və bu biliklər onların sadaladığım istiqamətlər üzrə xidməti fəaliyyətinə öz töhfəsini verəcək. Agentlik və ADA ilə əməkdaşlıq çərçivəsində keçirilən bu təlimdə TƏBİB əməkdaşlarının da iştirakı qurumumuz üçün böyük əhəmiyyət kəsb edir”.

Sonda təlim kursunun məzunlarına sertifikatlar təqdim edilib və xatirə şəkli çəkilib.

 

Son xəbərlər

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri