Loading...

UNICEF ölkəmizə tibbi avadanlıqlar ianə edib

25.07.2023, 17:00

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında əməkdaşlıq çərçivəsində həssas əhali qruplarından olan uşaqlarda yarana biləcək xəstəliklərin erkən aşkarlanması, vaxtında müalicəyə cəlb olunması və onların sağlamlığının qorunması məqsədilə ölkəmizə tibbi avadanlıqlar ianə edilib.

Avadanlıqlar holter monitoru, portativ cərrahi aspirator, yenidoğulmuşlar üçün süni tənəffüs cihazı, elektrokardioqraf (EKQ), rəngli doppleroqrafiya ultrasəs cihazı və fototerapiya aparatından ibarətdir. Sözügedən avadanlıqlar vasitəsilə pasiyentlərə göstərilən tibbi xidmətlər icbari tibbi sığorta çərçivəsində qarşılanır.

İanə edilən holter monitordan ürək ritminin və ürək döyünmələrinin tezliyini ölçmək üçün istifadə edilir. Belə ki, pasiyent cihazı 24-48 saat üzərində gəzdirir və bu müddət ərzində cihaz onun ürək fəaliyyətini qeydə alır. Bu məlumatların təhlili həkimə daha dəqiq diaqnozun təyin edilməsinə şərait yaradır. 

Rəngli doppleroqrafiya ultrasəs cihazı müxtəlif xəstəliklər və damar patologiyalarını aşkar etməyə imkan verir. 

Portativ cərrahi aspirator əməliyyat zamanı əməliyyatın aparıldığı nahiyədə yığılmış mayenin boşaldılması üçün istifadə olunan cihazdır.

Fototerapiya cihazı isə yenidoğulmuşlarda neonatal sarılıq səviyyəsini aşağı salmaq üçün istifadə ediləcək. Fototerapiya cihazları işıq yayan diod (LED) lampalarla və tibbi prosedurun müddətini izləmək üçün taymerlə təchiz edilib.

Elektrokardioqraf (EKQ) çoxsaylı ürək xəstəliklərinin diaqnozunun sürətli təyininə imkan verir.

İanə edilən süni tənəffüs aparatı tənəffüs pozğunluğu olan yenidoğulmuşları fasiləsiz oksigenlə təmin etmək üçün nəzərdə tutulub. 

Qeyd edək ki, tibbi avadanlıqlar Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına verilib.

 

 

Son xəbərlər

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri