Loading...

Tvininq layihəsinin aralıq hesabatının təqdimatı keçirilib

14.09.2023, 17:59

Sentyabrın 14-də Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda icbari tibbi sığorta mexanizmlərinin gücləndirilməsi (Mərhələ 2)” tvininq layihəsinin aralıq hesabatı ilə bağlı konfrans keçirilib.

Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev 2022-ci ilin iyul ayından həyata keçirilməyə başlanan layihənin məqsədindən danışıb. O bildirib ki, 2 ili əhatə edən layihə icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərin keyfiyyətinin, səmərəliliyinin və əlçatanlığının artırılmasına xidmət edir. Diqqətə çatdırıb ki, layihə çərçivəsində Avropa İttifaqına üzv olan ölkələrin bu sahədə ən yaxşı təcrübələri öyrənilərək ölkəmizdə tətbiq olunacaq.

Layihənin tərəfdaşı kimi Litva Respublikasının Dövlət Tibbi Sığorta Fondunun baş icraçı direktoru, layihə rəhbəri Gintaras Kasaviçus və Agentliyin Hüquq departamentinin rəhbəri Aysel İbayeva layihənin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, layihə vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına  və ölkədə səhiyyənin daha da təkmilləşdirilməsinə xidmət edir.

Tədbirdə həmçinin Agentlik və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin aidiyyəti departamentlərinin rəhbərləri, Litva Respublikasının Dövlət Tibbi Sığorta Fondunun əməkdaşları və Avropa İttifaqının nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən tvininq layihəsi benefisiar ölkəni təmsil edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Avropa İttifaqına üzv dövlət qismində Litva Respublikasının Dövlət Tibbi Sığorta Fondu tərəfindən həyata keçirilir.

Son xəbərlər

Azərbaycan nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub
05.06.2025
Ətraflı oxu
Uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub
02.06.2025
Ətraflı oxu
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirildi
30.05.2025
Ətraflı oxu
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 192-yə çatıb
26.05.2025
Ətraflı oxu
Zaur Əliyev Xaçmazda vətəndaşları qəbul edib
23.05.2025
Ətraflı oxu
Qlütenə qarşı həssaslığın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
20.05.2025
Ətraflı oxu
Plazmaferez – qanın zərərli maddələrdən təmizlənməsi icbari tibbi sığorta təminatına daxildir
15.05.2025
Ətraflı oxu
Allergiyaların diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir
13.05.2025
Ətraflı oxu
Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri