Loading...

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

10.10.2023, 11:07

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında Fərmanının icrası məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) iləRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC arasında sıx əməkdaşlıq aparılıb. Belə ki, “Hökumət buludu”na Keçid Planına əsasən Agentliyin informasiya sistemlərinin “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzinə tam miqrasiyası üzrə işlər yekunlaşıb.

Agentliyin informasiya sistemlərinin mərhələli şəkildə “Hökumət buludu”na (G-cloud) miqrasiyası təmin edilib və bəzi hallarda yeni informasiya sistemlərinin infrastrukturu birbaşa olaraq “Hökumət buludu”nda yaradılıb.

Agentlik İaaS (İnfrastructure-as-a-Service) bulud infrastrukturunu və məlumatların təhlükəsiz saxlanılması məqsədilə Rezervlənmə (BaaS-Backup-as-a-Service) xidmətini əldə edib. Həmçinin Agentlik elektron xidmətlərin göstərilməsinə tələb olunan dövlət xərclərinin optimallaşdırılması, informasiya sistemlərinin fəaliyyətinin keyfiyyətli, dayanıqlı və təhlükəsiz infrastrukturda təşkil edilməsi, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatının və 24/7 monitorinqinin həyata keçirilməsi kimi əlavə xidmətlərdən yararlanmaqdadır.

Eyni zamanda, Agentlik qurum üçün ayrılmış informasiya texnologiyaları resurslarını “Özünüidarəetmə platforması” vasitəsilə tənzimləmək imkanına malikdir.

Qeyd edək ki, hazırda Agentlik və “AzInTelecom” MMC bulud xidmətlərindən istifadənin genişləndirilməsi məqsədilə müzakirələri davam etdirir.

Son xəbərlər

Azərbaycan nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub
05.06.2025
Ətraflı oxu
Uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub
02.06.2025
Ətraflı oxu
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirildi
30.05.2025
Ətraflı oxu
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 192-yə çatıb
26.05.2025
Ətraflı oxu
Zaur Əliyev Xaçmazda vətəndaşları qəbul edib
23.05.2025
Ətraflı oxu
Qlütenə qarşı həssaslığın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
20.05.2025
Ətraflı oxu
Plazmaferez – qanın zərərli maddələrdən təmizlənməsi icbari tibbi sığorta təminatına daxildir
15.05.2025
Ətraflı oxu
Allergiyaların diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir
13.05.2025
Ətraflı oxu
Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri