Loading...

Korrupsiyaya qarşı mübarizə mövzusunda təlimlər keçirilib

22.12.2023, 09:56

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən cari ilin dekabr ayında korrupsiyaya qarşı mübarizəyə yönəlmiş təlimlər keçirilib. Sözügedən təlimlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki 22 tibb müəssisəsinin əməkdaşları üçün təşkil olunub.

Agentlik və "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində keçirilən təlimlərin məqsədi tibb müəssisələrinin fəaliyyətində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, məsuliyyətli davranışın təşviq edilməsi, korrupsiya hüquqpozmaları və etik davranış qaydalarının pozulması hallarının yaratdığı hüquqi məsuliyyət barədə iştirakçıları məlumatlandırmaq olub. Təlimçi qismində "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin İcraçı direktoru Əliməmməd  Nuriyev və “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli çıxış ediblər. 79 iştirakçının qatıldığı təlimlərdə “Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları” mövzusunda təqdimat nümayiş edilib. 

Həmçinin sözügedən əməkdaşlıq çərçivəsində “Sağlamlığımızı korrupsiyadan birlikdə qoruyaq!” adlı flayer hazırlanıb. Flayer özündə icbari tibbi sığortadan istifadə zamanı qanun pozuntusu, neqativ hallarla üzləşən zaman vətəndaşların düzgün müraciət vasitələrindən bəhs edən məlumatları əks etdirir. Vətəndaşlara paylanılması üçün 5000-ə yaxın sayda flayer Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Klinik Tibbi Mərkəz, Yeni Klinika, Bakı Baş Səhiyyə Mərkəzi və Abşeron Rayon Mərkəzi Xəstəxanasına təqdim edilib, eləcə də təlimlərdə iştirakçılara paylanılıb.

Əlavə olaraq, Agentliyin 34 əməkdaşına “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda qurumun Hüquq departamentinin nümayəndəsi tərəfindən təlim keçirilib. İştirakçılara etik davranış qaydaları, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətə baxılması və s. məsələlər barədə məlumatlar verilib.

Qeyd edək ki, təlimlər Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə təşkil edilib. 

Son xəbərlər

Azərbaycan nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub
05.06.2025
Ətraflı oxu
Uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub
02.06.2025
Ətraflı oxu
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirildi
30.05.2025
Ətraflı oxu
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 192-yə çatıb
26.05.2025
Ətraflı oxu
Zaur Əliyev Xaçmazda vətəndaşları qəbul edib
23.05.2025
Ətraflı oxu
Qlütenə qarşı həssaslığın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
20.05.2025
Ətraflı oxu
Plazmaferez – qanın zərərli maddələrdən təmizlənməsi icbari tibbi sığorta təminatına daxildir
15.05.2025
Ətraflı oxu
Allergiyaların diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir
13.05.2025
Ətraflı oxu
Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri