Loading...

Agentliyin aldığı müasir uroloji avadanlıqlar böyrək daşlarının kəsiksiz xaric edilməsinə imkan verəcək

25.01.2024, 11:53

Böyrək və sidik axarı daşlarının cərrahi müdaxiləsiz parçalanmasına imkan verən üsullardan biri də ekstrakorporal zərbə-dalğa litotripsiyası adlanır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən bu üsulla daşların müalicəsinə imkan verən litotripter avadanlığı alınıb. İsveçrənin Storz Medical şirkətinin istehsalı olan tibbi avadanlıq zərbə dalğasının köməyi ilə böyrəklər, sidik axarı və sidik kisəsindəki daşların parçalanmasını təmin edir. Cihazda rentgen və ultrasəs müayinə funksiyalarının mövcud olması daşın dəqiq yerini və zərbə dalğalarının istiqamətini nəzarətdə saxlamağa imkan verir. Dalğalar ətraf toxumaları zədələmədən yalnız daşlara təsir göstərir. Kiçik fraqmentlərə və quma çevrilən daşlar əksər hallarda sidik yolları ilə sərbəst xaric olur.

Ekstrakorporal zərbə-dalğa litotripsiyasının üstünlüklərindən biri də odur ki, prosedur ambulator şəraitdə kəsiksizağrısız aparılır, xəstə həmin gün evə buraxılır. Cihazın çox funksional olması sidik-ifrazat sisteminə aid üzvlərin endoskopik müayinə və müalicəsinin həyata keçirilməsini də mümkün edir.

Ekstrakorporal litotripsiya ilə çıxarılması mümkün olmayan daşların xaric olunması üçün tətbiq edilən üsullardan biri də kontakt litotripsiya adlanır. Bu üsulla icra edilən əməliyyatdan sonra xəstə tez bir zamanda ayağa qalxıb öz gündəlik həyatına geri dönə bilir. Kontakt litotripsiya üsulu ilə uroloji əməliyyatların icrası üçün Agentlik tərəfindən alətlərlə bir yerdə pnevmatik və ultrasəs litotripsiya cihazları alınıb.

Ultrasəs litotripsiya böyrək, sidik axarı və sidik kisəsindəki daşların parçalanması üçün effektiv üsul hesab olunur. Yüksək tezlikli vibrasiya nəticəsində daşlar endoskop nəzarəti altında parçalanaraq kiçik hissəciklərə və ya qum halına gətirilir. Bundan sonra onlar əməliyyat sahəsindən aspiratorla kənarlaşdırılır. Çıxarılan fraqmentlərin laborator analizi məqsədi ilə toplanması üçün cihaz xüsusi hazırlanmış steril konteynerlə təchiz olunub.

Sidik axarı daşlarının cərrahi müalicəsində tətbiq edilən effektiv minimal invaziv üsullardan biri pnevmatik litotripsiyadır. Bu növ əməliyyatlarda daşların parçalanması sıxılmış hava təsiri altında baş verir. Sidik kanalından və ya dəridən əməliyyat sahəsinə yeridilən titan zond döyəcləmə effekti ilə daşları parçalayır. Sadəliyi və mobilliyi ilə seçilən bu üsul sidik-ifrazat sisteminin bütün hissələrindəki daşların (böyrəklər, sidik axarları, sidik kisəsi) fraqmentasiyası üçün uyğun olub, istənilən sıxlıqlı daşların parçalanması üçün istifadə oluna bilər.

Yeni Klinikaya təhvil verilən tibbi avadanlıqlar artıq istifadəyə verilib.

Qeyd edək ki, icbari tibbi sığorta çərçivəsində sidik ifrazat sistemi daşlarının qeyd olunan müasir metodlarla müayinə və müalicəsi ödənişsizdir. 

Son xəbərlər

Azərbaycan nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub
05.06.2025
Ətraflı oxu
Uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub
02.06.2025
Ətraflı oxu
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirildi
30.05.2025
Ətraflı oxu
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 192-yə çatıb
26.05.2025
Ətraflı oxu
Zaur Əliyev Xaçmazda vətəndaşları qəbul edib
23.05.2025
Ətraflı oxu
Qlütenə qarşı həssaslığın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
20.05.2025
Ətraflı oxu
Plazmaferez – qanın zərərli maddələrdən təmizlənməsi icbari tibbi sığorta təminatına daxildir
15.05.2025
Ətraflı oxu
Allergiyaların diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir
13.05.2025
Ətraflı oxu
Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri