Loading...

Böyrək daşlarının kəsiksiz xaric edilməsi icbari tibbi sığortaya daxildir

20.02.2024, 10:45

Böyrək daşı xəstəliyinin müayinə və müalicəsinə icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tam təminat verilir. Vətəndaşlar ixtisaslı həkim müayinəsi, laborator və instrumental müayinələr, cərrahi əməliyyatlar kimi xidmətlərdən ödənişsiz şəkildə yararlana bilərlər.

2023-cü il ərzində sidik-ifrazat sistemi daşlarının xaric edilməsi ilə bağlı 5807 sayda qeyri-invaziv prosedur və cərrahi əməliyyat icra olunub ki, bunların 3816-sı özəl, 1991-i dövlət tibb müəssisələrinin payına düşür.

Böyrək daşı xəstəliyinin diaqnostikası və müalicəsi həkim-uroloq və həkim-nefroloq tərəfindən aparılır. Böyrək daşlarınınqanın ümumi və biokimyəvi analizi, sidiyin ümumi analizi, ultrasəs müayinə (USM), ekskretor uroqrafiya, kompüter tomoqrafiyası (KT), ureteroskopiya kimi müxtəlif müayinə üsulları mövcuddur.

Müayinə ilkin olaraq USM ilə aparılır. Diaqnozun təyinindən sonra KT müayinəsi böyrək daşlarının yerləşmə yeri, ölçüsü və miqdarı barədə daha dəqiq təsvir əldə etməyə imkan verir.
Böyrək daşı xəstəliyinin müalicəsinin müxtəlif metodları var. Üsullar daşın ölçüsü, sıxlığı və yerləşməsi kimi faktorlardan asılı olaraq həkim tərəfindən seçilir.

Sidik axarına düşən kiçik daşların sərbəst xaric olunması üçün dərman preparatları ilə (konservativ) müalicə üsulu təyin olunur. Konservativ müalicə nəticəsində daş sərbəst xaric edilmədikdə digər müalicə metodları tədbiq edilə bilər: zərbə dalğalarının təsiri nəticəsində daşların parçalanması, böyrəyə bel nahiyəsindən kiçik bir dəliklə daxil olunaraq daşların parçalanması, daşların sidik axarına yeridilmiş xüsusi nazik alətlə xırdalanması (üstünlüyü əməliyyatın kəsiksiz baş tutmasıdır). Sözügedən metodlarla daşların xaric edilməsi mümkün olmadıqda böyrək daşları açıq əməliyyat üsulu ilə də xaric edilə bilər.

Bir sıra hallarda sidik axarının tutulmasının qarşısını almaq məqsədi ilə sidik yollarına kateter və stent yerləşdirilə bilər. Bu prosedurlar tibbi sərf daxil olmaqla icbari tibbi sığorta ilə tam ödənişsizdir.

Qeyd edək ki, böyrək daşı xəstəliyi sidik-ifrazat sisteminin geniş yayılmış problemlərindəndir. Xəstəliyin yaranmasının maddələr mübadiləsinin pozulması, şəkərli diabet, mayenin az qəbul edilməsi, qeyri-sağlam qidalanma və irsi faktorlar kimi müxtəlif səbəbləri ola bilər. Xəstəliyin əsas əlamətləri bel nahiyəsində küt və ya sancı şəkilli ağrı, sidik ifrazının azalması, kəsilməsi, qanlı, bulanıq olması, arterial təzyiqin yüksəlməsidir.

Məlumat üçün bildirək ki, icbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlərdən istifadə etmək üçün TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir.

Son xəbərlər

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri