Loading...

“1542” Çağrı mərkəzinə daxil olan zənglərin 93%-dən çoxu cavablandırılıb

22.02.2024, 14:34

2023-cü il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) “1542” Çağrı mərkəzinə ümumilikdə 230 minə yaxın zəng daxil olub.

Bu müddət ərzində Çağrı mərkəzinə daxil olan müraciətlərin əksəriyyəti aşağıdakı mövzularla bağlı olub:

  • Müayinə və müalicə (icbari tibbi sığortanın qarşıladığı tibbi xidmətlər, hamiləlik və doğuş xidmətləri, sığorta hesabına özəl xəstəxanalarda qarşılanan xidmətlər, pasiyentlərin tibb müəssisələri arasında köçürülməsi və s.)  ilə bağlı – 109 143 müraciət

  • Göndəriş vərəqəsinin verilməsi ilə bağlı – 33 120 müraciət

  • Dərman və tibbi sərflə bağlı (sığorta çərçivəsində dərman təminatı, imtiyazlı əhali qrupunun dərmanla təminatı və s.) – 17 753 müraciət

İl ərzində daxil olan zənglərin 93.82%-i cavablandırılıb. 30 saniyə ərzində cavablandırılan zənglər isə 92.45% təşkil edib. Bu isə o deməkdir ki, Agentliyin Çağrı mərkəzi Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”ndamüəyyən olunmuş minimum hədəf faizini (müvafiq olaraq 90% və 80%) aşıb. Çağrı mərkəzinə zəng edən vətəndaşların orta gözləmə müddəti 18 saniyə olub.

Qeyd edək ki, Çağrı mərkəzi azərbaycan dili ilə yanaşı, rus dilində də fəaliyyət göstərir. Sözügedən müddət ərzində rus dilində Çağrı mərkəzinə ümumilikdə 4167 zəng daxil olub.

Məlumat üçün bildirək ki, “1542” Çağrı mərkəzinə daxil olan və hansısa səbəbdən cavablandırılmayan zənglər itirilmir, onlara sonradan geri dönüş olunur. Həmçinin Agentliyin rəsmi internet səhifəsində (its.gov.az) zəng sifarişi funksiyası sayəsində vətəndaşlarla əlaqə saxlamaq mümkündür.

Çağrı mərkəzinə daxil olan bütün müraciətlər operativ şəkildə cavablandırılır, araşdırma tələb edən məsələlər aidiyyəti üzrə müvafiq struktur bölmələrə yönləndirilir və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılırlar.

Məlumat üçün bildirək ki, Agentliyin Çağrı mərkəzi 4 yönəldici xətt üzrə xidmət göstərir. Çağrı mərkəzinin icbari tibbi sığorta xətti (1542-1), müqaviləli özəl tibb müəssisələrində xidmət ilə bağlı xətti (1542-2), göndərişlərin verilməsi ilə bağlı xətti (1542-3), koronavirusla bağlı xətti (1542-4) həftəiçi 5 gün 09:00-dan 18:00-dək, operator ilə əlaqə xətti (1542-0) isə 7/24 fəaliyyət göstərir.

Son xəbərlər

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri