Loading...

Qlaukomanın müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır

12.03.2024, 12:23

Qlaukoma - el arasında “qara su” kimi tanınan, gözün daxili təzyiqinin artması nəticəsində görmə itiliyinin zəifləməsi ilə müşahidə olunan xronikləşmiş oftalmoloji xəstəlikdir. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə qlaukoma xəstəliyinin diaqnostikası üçün tonometriya, göz dibinin müayinəsi, kompüter perimetriyası, optik diskin OCT (Optik Koherent Tomoqrafiya) müayinəsi, qonioskopiya kimi müayinə metodları daxildir.

Xəstəliyin başlanğıcında pasiyentlər bəzən göz önündə dumanlanma, gözlərdə gərginlik, təzyiq çox yüksələrsə gözdə qızartı və ağrı hissindən şikayət edirlər. Görmə itiliyi tədricən azaldığı üçün vaxtında həkimə müraciət edilmir. Qlaukomanın obyektiv simptomları gözdaxili təzyiqin artması, görmə sahəsinin daralması və son mərhələlərdə görmə sinirinin qidalanmasının pozulmasıdır (atrofiya). Görmə sinirinin atrofiyası geridönməz prosesdir və görmə itiliyinin itməsinə səbəb olur. Buna görə də qlaukomanın erkən mərhələdə aşkarlanması xəstəliyin proqnozunda müsbət rol oynayır.

İlkin mərhələdə xəstəliyin müalicəsində hipotenziv (göz təzyiqini azaldan) damcılardan istifadə olunur. Proqressiv gedən xəstəlik zamanı isə operativ yollara da müraciət olunur.

Qlaukoma xəstəliyinin stasionar terapevtik müalicəsi və göz təzyiqinin azalmasına yönəlik (antiqlaukomatoz) əməliyyatlar da icbari tibbi sığorta tərəfindən qarşılanır.

Yuxarıda qeyd edilən müayinə metodları və əməliyyatlardan istifadə etmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir. Müayinələrin dövlət tibb müəssisələrində aparılması mümkün olmadıqda vətəndaşa xidmətdən yararlanması üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan özəl tibb müəssisələrinə göndəriş vərəqəsi verilir.

Qeyd edək ki, qlaukoma korluğa səbəb olduğu üçün bu xəstəliyə diqqəti cəlb etmək məqsədi ilə martın 10-dan 16-dək dünyada “Beynəlxalq Qlaukoma Həftəsi” kimi qeyd olunur.

Son xəbərlər

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri