Loading...

Agentliyin nümayəndə heyəti Serbiyada səfərdədir

17.05.2024, 15:40

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin başçılıq etdiyi nümayəndə heyəti 15-18 may tarixlərində Serbiya Respublikasında işgüzar səfərdədir.

Nümayəndə heyətinə Beynəlxalq əlaqələr departamentinin rəhbəri Ruslan Abdullayev, Tibbi xidmətlər və dərman vasitələri departamentinin rəhbəri Nərgiz Ağayeva, Hüquq departamentinin rəhbəri Aysel İbayeva, Strateji inkişaf və iqtisadi təhlil departamentinin rəhbəri Ramil Muxtarzadə daxildir.

Səfər çərçivəsində Agentliyin nümayəndələri Belqrad şəhərində “Taşmaydan” parkına gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini yad ediblər.

Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondunun rəhbəri Sanya Radoyeviç Şkodriçin dəvəti əsasındahəyata keçirilən səfər zamanıAgentlik və Serbiyanın Milli Tibbi Sığorta Fondu arasında müvafiq təcrübə mübadiləsi və gələcək əməkdaşlıq imkanları barədə müzakirə aparılıb.  İki qurum arasında əməkdaşlığın hüquqi bazasının formalaşdırılması üçün anlaşma memorandumun imzalanmasına dair razılıq əldə olunub.

Serbiyanın tibbi sığorta sistemi, səhiyyə sisteminin maliyyələşdirilməsi, tibb müəssisələrinin idarəedilməsində sığorta sisteminin rolu və Serbiya təcrübəsinin öyrənilməsi ilə bağlı görüşlər keçirilib. Davamlı və əlçatan icbari tibbi sığorta sistemi, rəqəmsal səhiyyə xidmətlərinin inkişafı, resursların idarə edilməsində ən yaxşı təcrübələrin təhlili və cibdən ödənişlərin aradan qaldırılması mövzularında keçirilən təqdimatlardan sonra müzakirələr aparılıb.

Nümayəndə heyəti Belqradda fəaliyyət göstərən dövlət tibb müəssisələrində ilkin səhiyyə, ambulator, stasionar və təcili tibbi yardım xidmətlərinin təşkili ilə əyani tanış olublar.

Qeyd edək ki, icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin keyfiyyətinin davamlılığının təmin edilməsi məqsədilə Agentlik tərəfindən ikitərəfli və çoxtərəfli əsasda xarici dövlətlərin aidiyyəti qurumları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edilir.

 

Son xəbərlər

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri