Loading...

Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı

14.06.2024, 14:49

İcbari tibbi sığortanın tətbiq edildiyi TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinin rəhbər heyəti üçün Ankara Universitetində “Xəstəxanaların idarə edilməsi” mövzusunda keçirilən növbəti təlim proqramı başa çatıb.

Təlim proqramının bağlanış mərasimində Ankara Universitetinin rektoru Necdet Ünüvar, Tibb elmləri fakültəsinin dekanı Emine Özmete, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Beynəlxalq əlaqələr və tərəfdaşlıq departamentinin rəhbəri Uğur Tanyeli, Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov iştirak ediblər.

Tədbirdə Agentlik, TƏBİB və Ankara Universiteti arasında ali təhsilin magistratura səviyyəsi üzrə təhsil sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənəd Agentlik və TƏBİB-in ehtiyacları əsasında müvafiq əməkdaşlarının Ankara Universiteti Tibb Elmləri İnstitutunun Səhiyyənin İdarə edilməsi ixtisasında Dissertasiyasız Magistratura proqramı üzrə təhsil almaq imkanını müəyyən edir.  Anlaşma Memorandumu Səhiyyənin idarə edilməsi sahəsində birgə təhsil, təlim və tədqiqat fəaliyyətinin həyata keçirilməsi, elmi konfranslar, simpoziumlar və seminarlar təşkil etmək kimi əməkdaşlıq sahələrini də əhatə edir.

Ankara Universitetində keçirilən təlimdə Agentlik və TƏBİB-in səlahiyyətli şəxsləri, həmçinin TƏBİB-in tabeliyindəki 12 tibb müəssisəsinin rəhbər şəxsləri olmaqla ümumilikdə 21 nəfər iştirak edib. 11 günlük təlim proqramında xəstəxanalarda mühasibat və tibbi mühasibat uçotu, keyfiyyətin idarə edilməsi və akkreditasiya, tibbi avadanlığın idarə edilməsi, insan resurslarının idarə edilməsi, tibb müəssisəsinin effektivliyinin qiymətləndirilməsi, liderlik və idarəetmə bacarıqları, məlumatların təhlili və süni intellekt, beynəlxalq səhiyyə siyasəti və islahatlar, səhiyyə informasiya sistemlərinin idarə edilməsi, tibbi sığorta və xəstəxana münasibətləri, strateji qərarların verilməsi kimi mövzular tədris olunub.

Təlim iştirakçılarının Ankaradakı Bilkent Şəhər Xəstəxanası, Etlik Şəhər Xəstəxanası və İbn Sina Araşdırma Xəstəxanalarına tanışlıq səfəri təşkil olunub. Səfər müddətində onlar tibb müəssisələrinin təcili yardım, reanimasiya, sterilizasiya, ginekologiya, kardiologiya, inzibati idarəetmə və digər bölmələrin fəaliyyəti ilə əyani tanış olublar.

Qeyd edək ki, təlim Agentlik ilə Ankara Universiteti arasında imzalanmış “Təhsil xidmətlərinin göstərilməsi və elmi əməkdaşlığa dair Protokol” çərçivəsində Ankara Universiteti və TİKA-nın dəstəyi ilə təşkil olunub. Təlim xəstəxanaların inzibati heyətinin bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə keçirilib. 

Sonda iştirakçılara sertifikatlar təqdim edilib və xatirə şəkli çəkilib.

Son xəbərlər

Azərbaycan nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub
05.06.2025
Ətraflı oxu
Uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub
02.06.2025
Ətraflı oxu
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirildi
30.05.2025
Ətraflı oxu
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 192-yə çatıb
26.05.2025
Ətraflı oxu
Zaur Əliyev Xaçmazda vətəndaşları qəbul edib
23.05.2025
Ətraflı oxu
Qlütenə qarşı həssaslığın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
20.05.2025
Ətraflı oxu
Plazmaferez – qanın zərərli maddələrdən təmizlənməsi icbari tibbi sığorta təminatına daxildir
15.05.2025
Ətraflı oxu
Allergiyaların diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir
13.05.2025
Ətraflı oxu
Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri