Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur

01.07.2024, 11:18

2022-2024-cü il (ilk 4 ay) tarixlərində icbari tibbi sığorta ilə 26494 qasıq yırtığı əməliyyatı icra olunub. Əməliyyatların 25793-ü açıq, 701-i isə laparoskopik üsulla icra olunub. Qasıq yırtığı ən çox rast gəlinən yırtıq növlərindən biridir. Qasıq yırtığı  qarının aşağı qasıq nahiyəsində əmələ gəlir. Bir çox hallarda nazik bağırsağın və qarın daxilində olan böyük piy toxumasının dəri altı sahəyə çıxması nəticəsində baş verir.

Qasıq yırtıqları iki yerə ayrılır - çəp və düz qasıq yırtıqları. İcbari tibbi sığorta ilə icra olunan əməliyyatların 19585-i çəp qasıq yırtığın, 6909-u düz qasıq yırtığın bərpası məqsədi ilə aparılıb.

Qasıq yırtığı çox zaman qasıq nahiyəsində şişkinlik, qarında ağırlıq hissi, yürüş zamanı narahatçılıq hissi, öskürmə, ağırlıq qaldırma, gücənmə və gərginlik zamanı  qasıq nahiyədə ağrı ilə biruzə verir. Bu simptomları müşayiət etdikdə dərhal həkimə müraciət etmək lazımdır.

Qasıq yırtığının diaqnostikası üçün həkim tərəfindən fiziki müayinə, USM, rentqenoqrafiya, ehtiyac yaranarsa kontrastlı irriqoskopiya, sistoqrafiya, KT, MRT müayinələri təyin olunur. Bütün bu instrumental müayinələr icbari tibbi sığorta ilə həyata keçirilir.

Qasıq yırtığı anadangəlmə və qazanılmış olur. Anadangəlmə qasıq yırtığı xaya yatağının uşaq doğulanda açıq qalması səbəbindən yaranır. Peritonun yataq çıxıntısının açıq qalması səbəbindən qarın boşluğu orqanları və ya mayesinin bu yataq içərisindən keçərək qasığa və ya xayalıqlara doğru yerdəyişməsi baş verir. Qazanılmış qasıq yırtığının yaranma səbəbləri müxtəlif olsa da, əsasında qasıq nahiyyəsində qarının ön divarının zəif inkişaf etməsi durur. Kişilərdə qadınlara nisbətdə daha çox rast gəlinən yırtıq xəstəliyinin yeganə müalicə yolu cərrahi müdaxilədir. Əməliyyat zamanı ehtiyac olduğu halda yırtığın arxa divarına polipropilen tor bərkidilir.

Qasıq yırtığı ağır yük qaldırıldığı zaman da yarana bilər. Bundan başqa artıq çəki, ağır işlərlə məşğul olma və ya kəskin hərəkətlər nəticəsində yırtıq əmələ gəlmə ehtimalı çoxdur. Qadınlarda da hamiləlikdən sonra qasıq yırtığının yaranma riski arta bilər.

Qeyd edək ki, əməliyyatönü müayinə və həkim konsultasiyası, reanimasiya, anesteziya, stasionar şəraitdə laborator və instrumental müayinələr, istifadə olunan dərman və tibbi sərf (polipropilen tor), pasiyentin və 12 yaşa qədər uşaqları müşayiət edən şəxsin qidalanması icbari tibbi sığorta ilə ödənişsizdir.

Qasıq yırtığı əməliyyatı icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin tabeliyində olan M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda icra olunur.

Son xəbərlər

Zaur Əliyev Kəlbəcər şəhərində vətəndaşları qəbul edib
18.03.2026
Ətraflı oxu arrow-right-blue
Vaxtından əvvəl doğulmuş azçəkili körpələrə icbari tibbi sığorta ilə 109 mindən çox tibbi xidmət göstərilib
11.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari tibbi sığorta hesabına qadınlara 5 milyondan çox ginekoloji tibbi xidmət göstərilib
06.03.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik Beynəlxalq Sosial Təminat Assosiasiyasına rəsmi tərəfdaş üzv qismində qəbul olunub
04.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 10 illik yubiley tədbiri keçirib
26.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edib
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiyadan sonra cihazın əvəzlənməsi və yenilənməsi artıq icbari tibbi sığorta ilə qarşılanır
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentliyin nümayəndə heyəti Avstraliya İttifaqına işgüzar səfər edib
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik və Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondu arasında Anlaşma Memorandumu imzalanıb
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue