Loading...

Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur

12.07.2024, 10:42

Diz oynağının endoprotezləşməsi (diz artroplastikası) – zədələnmiş və ya aşınmış oynaq qığırdağının süni protezlə əvəz edilməsi üçün aparılan cərrahi əməliyyatdır. Əksər hallarda bu əməliyyat oynağın itirilmiş funksiyasını bərpa etmək və ağrını aradan qaldırmaq  üçün ən effektiv və yeganə çıxış yoludur. Əməliyyatdan bir neçə gün sonra xəstə əvvəlki aktiv həyat tərzinə qayıda bilir.

Diz oynağının artrozu (qonartroz) endoprotezləşmə üçün ən çox rast gəlinən səbəblərdəndir. Bədənin ən böyük oynağı olan diz oynağı - hərəkət zamanı ağırlığın böyük hissəsini öz üzərinə götürür. Gündəlik olaraq – yürüş, qaçış, gəzinti, çöməlmə, pilləkənlə qalxma və enmə zamanı diz oynağının yüklənməyə məruz qalması onu aşınmaya qarşı həssas edir.

Oynaq səthlərini təşkil edən qığırdaq toxumasının quruluşunun dəyişməsi və yeyilməsi  nəticəsində diz oynağında xroniki degenerativ-distrofik proses - qonartroz meydana çıxır. Müxtəlif travmalar, artıq çəki, ağır fiziki iş rejimi və digər faktorların səbəb olduğu xəstəlik zamanı qığırdağın tamlığı pozulur və deformasiyaya uğrayır. Daha çox yaşlı nəsilə xas olan xəstəlik, hərəkət zamanı dizlərdə ağrı ilə özünü büruzə verir. Xəstəlik inkişaf etdikdə ağrılar hərəkətsiz vəziyyətdə də müşahidə olunur. 

Diz oynağında şiddətli ağrı və konservativ müalicənin effektiv olmaması fonunda patoloji dəyişikliklərin olması cərrahi müdaxiləyə ehtiyac yaradır.

Diz oynağının 3-cü və 4-cü dərəcəli artrozu (qığırdaq strukturunun deformasiyası), revmatik poliartrit (oynaq revmatizmi avtoimmun xəstəliyi), posttravmatik artroz, diz oynağının bağ aparatının zədələnmələri, diz oynağının aseptik nekrozu, diz oynağını əmələ gətirən sümüklərin bədxassəli şişləri endoprotezləşmə əməliyyatı üçün göstəriş hesab olunur.

Xəstəliyin diaqnostikası üçün həkim tərəfindən  rentgenoqrafiya, USM, artroskopiya, oynaq strukturunun biopsiyası, KT, MRT və laborator müayinələr təyin oluna bilər. 

Qeyd edək ki, xəstəliyin diaqnostikası, yatış və əməliyyat müddətində istifadə olunan dərman və tibbi sərf (süni protez), laborator və instrumental müayinələr, reanimasiya, qan və ya qan komponentləri, qidalanma icbari tibb sığorta tərəfindən qarşılanır.

İcbari tibbi sığorta ilə təmin edilən diz protezləri yüksək keyfiyyəti ilə seçilən İsveçrənin “Medacta” şirkətinin istehsalıdır. Kobalt - xrom xəlitəsi və titan materialdan hazırlanan diz protezləri cızıqlara davamlıdır və diz oynağının  endoprotezləşmə əməliyyatı üçün tam təhlükəsizdir.

Qeyd edək ki, 2022-ci ildən 2024-cü ilin ilk 4 ayını əhatə edən dövr ərzində icbari tibbi sığorta ilə 3828 sayda diz oynağının  endoprotezləşmə əməliyyatı aparılıb.

İcbari tibbi sığorta hesabına diz oynağının endoprotezləşmə əməliyyatı Quba Rayon Mərkəzi Xəstəxanası, Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Abşeron Rayon Mərkəzi Xəstəxanası, Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Respublika Klinik Xəstəxanası, Yeni Klinika, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində icra olunur.

Son xəbərlər

Podaqranın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
03.02.2025
Ətraflı oxu
Ötən il ərzində Agentliyə 11 688 vətəndaş müraciəti daxil olub
31.01.2025
Ətraflı oxu
Xoşxassəli beyin şişlərinin müayinə və cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
30.01.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 2932 sayda varikosel əməliyyatı icra olunub
27.01.2025
Ətraflı oxu
Zaur Əliyev Bərdədə vətəndaşları qəbul edib
24.01.2025
Ətraflı oxu
ATU tələbələri üçün istehsalat təcrübəsi imkanları genişləndirilir
24.01.2025
Ətraflı oxu
Bərdə rayonunda ilkin tibbi-sanitariya yardımı ilə bağlı pilot layihəyə başlanılır
23.01.2025
Ətraflı oxu
Ötən il ərzində icbari tibbi sığorta ilə 84 milyondan çox tibbi xidmət göstərilib
22.01.2025
Ətraflı oxu
Tənəffüs sistemi xəstəliklərinin diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına qarşılanır
13.01.2025
Ətraflı oxu
Media nümayəndələri üçün “Tibbi savadlılıq” mövzusunda təlim keçirilib
28.12.2024
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri