Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Zaur Əliyev Şamaxıda vətəndaşları qəbul edib

20.09.2024, 13:16

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev sentyabrın 20-də Şamaxı Rayon Mərkəzi Xəstəxanasında Şamaxı, Qobustan və Ağsu rayon sakinlərini qəbul edib.

Görüşdən əvvəl Zaur Əliyev ümummilli lider Heydər Əliyevin Şamaxı rayonundakı abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanovun, Agentliyin Şamaxı Filialının rəhbərinin,  Şamaxı, Qobustan və Ağsu Rayon Mərkəzi xəstəxanalarının direktorlarının iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciəti dinlənilib. Vətəndaşların müraciətləri əsasən  icbari tibbi sığorta hesabına müayinə-müalicə, orqan transplantasiyası, tibbi göndərişlərin verilməsi,  dərman təminatı, əlillik məsələləri, təchizat, iş və əmək münasibətləri haqqında olub. Müraciətlərdə qaldırılmış bir sıra məsələlər yerində həll olunub, digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin sentyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq keçirilib. Vətəndaşların səyyar şəkildə qəbul edilməsi bölgələrdə müraciətlərin daha operativ baxılmasına, onların həlli istiqamətində optimal qərarların verilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

Son xəbərlər

“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olunub
07.07.2025
Ətraflı oxu arrow-right-blue
Osteoporozun müayinə və stasionar müalicəsi icbari tibbi sığortaya daxildir
07.07.2025
Ətraflı oxu arrow-right-blue
Ankarada dövlət tibb müəssisələrinin rəhbər heyəti üçün keçirilən təlim başa çatıb
24.06.2025
Ətraflı oxu arrow-right-blue
Qızılcanın diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına qarşılanır
23.06.2025
Ətraflı oxu arrow-right-blue
Qobustan Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil olunub
21.06.2025
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Mingəçevirdə vətəndaşları qəbul edib
20.06.2025
Ətraflı oxu arrow-right-blue
Bərdə rayonunda Milli Məclisin Səhiyyə komitəsinin səyyar iclası keçirilib
19.06.2025
Ətraflı oxu arrow-right-blue
Xroniki böyrək çatışmazlığı olan vətəndaşlara icbari tibbi sığorta hesabına 1480-dən çox ilkin hemodializ xidməti göstərilib
18.06.2025
Ətraflı oxu arrow-right-blue
Miqrenin diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir
10.06.2025
Ətraflı oxu arrow-right-blue
Azərbaycan nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub
05.06.2025
Ətraflı oxu arrow-right-blue
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri