Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Aortanın protezləşdirilməsi nəticəsində 256 nəfər qəfil ölümdən xilas olub

10.02.2025, 06:17

Böyük qan dövranında vacib rol oynayan aorta - bədənin bütün orqan və toxumalarını oksigenlə zəngin qanla təchiz edən ən böyük damardır. Aorta döş qəfəsi və qarın boşluğu hissələrindən ibarətdir. Aorta anevrizması – aorta divarının zəifliyi nəticəsində onun mənfəzinin lokal genişlənməsi, genişlənmiş hissədə divarının nazikləşməsi və laylanması ilə müşahidə olunan patoloji haldır.

Aorta anevrizmalarının diaqnostikasında istifadə olunan USM, transezofageal exokardioqrafiya (TEE), rentgenoqrafiya, aortoqrafiya, kontrastlı maddə ilə KT və MRT, koronar angioqrafiya, aorta anevrizmalarının açıq və qapalı üsullarla cərrahi müalicəsi icbari tibbi sığorta təminatına daxildir.

2024-cü ildə icbari tibbi sığorta ilə aorta anevrizmalarının protezləşdirilməsi ilə bağlı 256 əməliyyat icra olunub. Onlardan 143-ü abdominal aortaya digər qreftin endovaskulyar implantasiyası (EVAR) və torakal aortaya qreftin endovaskulyar implantasiyası (TEVAR)  adlanan qapalı üsullarla icra olunub. 113 əməliyyat isə aortal qapağın açıq və digər yolla toxuma qrefti ilə dəyişdirilməsi ilə bağlı olub.

Aorta anevrizmalarının müalicəsində tətbiq edilən ən minimal invaziv və müasir metod aortaya qreftin endovaskulyar implantasiyasıdır (EVAR və TEVAR). Yerli və ya ümumi anesteziya altında qasıq nahiyəsində açılan 1-2 sm ölçüdə kiçik dəlikdən kateterlə damara daxil olub aortanın zədələnmiş hissəsinə sintetik qreft yeridilir. Əməliyyat zamanı qarın boşluğu və döş qəfəsi açılmadığından daha az travmatik olur. Açıq cərrahi əməliyyatla müqayisədə sağalma müddəti nisbətən qısa və ağrısız keçir.

Lakin anevrizmanın anatomik yerləşməsindən, pasiyentin yaşından və bir sıra digər amillərdən asılı olaraq açıq əməliyyat aparıla bilər. Zədələnmiş hissə çıxarılır və həmin hissə süni qreftlə əvəz olunur. Bəzən isə açıq və qapalı (endovaskulyar) üsul bir yerdə tətbiq edilir (hibrid əməliyyat).  Müvafiq əməliyyat üsulunun seçilməsi ilə bağlı qərar müayinələrdən sonra həkim tərəfindən qəbul olunur.

Aorta anevrizmasının icbari tibbi sığorta ilə müayinə və müalicəsi TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, göndəriş vərəqəsi əsasında isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) icra olunur.

Uzun müddət yüksək arterial təzyiq, qanda xolesterinin çox olması, ateroskleroz, sifilis, vərəm, şəkərli diabet,  genetik meyillilik, irsi xəstəliklər (Marfan və Ehlers-Danlos sindromu və birləşdirici toxumanın digər irsi xəstəlikləri), tütün məmulatlarının və narkotik vasitələrin istifadəsi, yaşlanma, yol nəqliyyat hadisələri və hündürlükdən düşmə nəticəsində döş qəfəsinin travmaları aorta anevrizmasının inkişafına səbəb ola biləcək əsas risk faktorlarına aid edilir.

Aortanın genişlənməsi uzun müddət simptomsuz inkişaf edə bilər. Bununla belə həyat üçün təhlükəli vəziyyətin yaranmasına səbəb ola bilər. Aorta anevrizmasının ən təhlükəli ağırlaşması aortanın təbəqələrə ayrılması və cırılmasıdır. Həyati təhlükəli bu vəziyyət (aorta diseksiyası) təcili  hospitalizasiya və cərrahi müdaxilə tələb edir. Vaxtında müayinə və müalicə olunmadıqda aortanın diseksiyası qəfil ölümə səbəb ola bilər.

Əməliyyat sonrası bərpa prosesi aorta anevrizmasının növü, ölçüsü, lokalizasiyasına görə dəyişir. Açıq əməliyyatlardan sonra bərpa üçün ən azı 4-6 həftə arası vaxt tələb olunur. Xəstəxanada yatış müddəti pasiyentin vəziyyətindən, əməliyyatın mürəkkəbliyindən və ağırlaşmanın olub-olmamasından asılıdır. Adətən əməliyyatdan sonra pasiyentlər 1 həftə xəstəxanada həkim nəzarətində qalmalı olurlar. 

 

Son xəbərlər

İcbari tibbi sığorta hesabına qadınlara 5 milyondan çox ginekoloji tibbi xidmət göstərilib
06.03.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik Beynəlxalq Sosial Təminat Assosiasiyasına rəsmi tərəfdaş üzv qismində qəbul olunub
04.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 10 illik yubiley tədbiri keçirib
26.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edib
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiyadan sonra cihazın əvəzlənməsi və yenilənməsi artıq icbari tibbi sığorta ilə qarşılanır
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentliyin nümayəndə heyəti Avstraliya İttifaqına işgüzar səfər edib
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik və Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondu arasında Anlaşma Memorandumu imzalanıb
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue
Yanıqların müalicəsi zamanı dəri köçürülməsi icbari tibbi sığorta hesabına aparılır
02.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Naxçıvanda vətəndaşları qəbul edib
29.01.2026
Ətraflı oxu arrow-right-blue