Loading...

Kənd təsərrüfatında kimyəvi risk: Fertil yaşdakı qadınların sağlamlığına təsir

12.05.2024, 14:20

Kənd təsərrüfatı sahəsində çalışan fertil yaş dövründəki (15-49 yaş) qadınların pestisidlər və aqrokimyəvi maddələrlə mütəmadi təmasda olması onların sağlamlığına, xüsusilə də hamiləlik dövründə ana və körpənin inkişafına mənfi təsir göstərə bilər. Araşdırmalar göstərir ki, bu cür kimyəvi maddələrin uzunmüddətli təsiri hamiləliyin erkən mərhələsində dölün inkişafında sinir sistemi pozuntuları, ürək və tənəffüs problemləri, erkən doğuş kimi riskləri artırır. Bundan əlavə, hamiləlikdən sonra da pestisidlərə məruz qalmış anadan körpəyə ana südü vasitəsilə toksik maddələrin keçməsi körpənin sağlamlığı üçün ciddi təhlükə yarada bilər.

Bu risklərin minimuma endirilməsi məqsədilə bir sıra qoruyucu tədbirlərin görülməsi vacibdir. Xüsusilə, kənd təsərrüfatında çalışan qadınların pestisidlərin zərərli təsirlərindən qorunması üçün fərdi mühafizə vasitələrindən – maska, əlcək və qoruyucu geyimlərdən istifadə etməsi, pestisid tətbiq edilən sahələrdə müəyyən müddət ərzində insanların girişinin məhdudlaşdırılması və hamilə qadınların bu maddələrlə birbaşa təmasdan yayınması əsas profilaktik tədbirlər sırasındadır.

Gələcəkdə doğulacaq uşaqların sağlamlığını təmin etmək və kənd təsərrüfatı sektorunda çalışan qadınların reproduktiv sağlamlığını qorumaq məqsədilə genişmiqyaslı maarifləndirmə və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

 

Son xəbərlər

Azərbaycan nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub
05.06.2025
Ətraflı oxu
Uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub
02.06.2025
Ətraflı oxu
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirildi
30.05.2025
Ətraflı oxu
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 192-yə çatıb
26.05.2025
Ətraflı oxu
Zaur Əliyev Xaçmazda vətəndaşları qəbul edib
23.05.2025
Ətraflı oxu
Qlütenə qarşı həssaslığın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
20.05.2025
Ətraflı oxu
Plazmaferez – qanın zərərli maddələrdən təmizlənməsi icbari tibbi sığorta təminatına daxildir
15.05.2025
Ətraflı oxu
Allergiyaların diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir
13.05.2025
Ətraflı oxu
Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri