Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Agentlik nümayəndələri Ankarada SGK ilə təcrübə mübadiləsi aparıb

26.09.2025, 09:31

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) nümayəndə heyəti Agentlik ilə Türkiyə Respublikası Sosial Müdafiə Qurumu (SGK) ilə imzalanan Anlaşma Memorandumu və Birgə Fəaliyyət Planına əsasən təcrübə mübadiləsi məqsədilə Ankara şəhərində səfərdə olub.

Səfər çərçivəsində nümayəndə heyəti SGK-nın mütəxəssisləri ilə bir sıra görüşlər keçirib. SGK-nın Strateji inkişaf departamentinin rəhbəri Yakup Koç nümayəndə heyətini salamlayaraq onları qurumda görməkdən məmnunluğunu ifadə edib. Yakup Koç, həmçinin iki ölkə arasında icbari tibbi sığorta sahəsində həyata keçirilən əməkdaşlığın əhəmiyyətini vurğulayıb və öz təcrübələrini paylaşmağa hazır olduğunu bildirib.

Agentliyin Tibbi planlama departamentinin Monitorinq şöbəsinin müdiri Bəyalı Məmmədov səmimi qəbul və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, ölkəmizdə icbari tibbi sığorta sisteminin tətbiqi ilə tibbi xidmətlərə əlçatanlığın artdığını qeyd edərək, sistemin təkmilləşdirilməsində Türkiyə təcrübəsinin önəmini vurğulayıb.

İki gün davam edən görüşlərdə tərəflər tibbi xidmətlərin maya dəyərinin hesablanması, tibbi xidmətlərin təminata alınması, tibb təchizatçıları ilə müqavilələrin bağlanması, xidmətlərin dəyərinin ödənilməsi, xidmət prosesinin monitorinqi, ictimaiyyətlə əlaqələrin təşkili, insan resurslarının idarə olunması, beynəlxalq əməkdaşlıq sahələrində təqdimatlar edərək qarşılıqlı fikir mübadiləsi aparıblar.

Təqdimatlar zamanı SGK-nın ən mühüm İT layihələrindən biri olan MEDULA sistemi barədə ətraflı məlumat təqdim olunub. Tibb təchizatçıları tərəfindən məlumat bazasına daxil edilən dərman vasitələri və tibbi xidmət nümunələri nümayiş etdirilib. Sistem üzərindən qeydiyyat, fakturalaşdırma və proseslərin izlənilməsi qaydası izah olunub, iştirakçıların sualları cavablandırılıb.

Təcrübə mübadiləsi iki ölkə arasında icbari tibbi sığorta sahəsində mövcud əməkdaşlığın inkişafına töhfə verib.

Son xəbərlər

Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue
Yanıqların müalicəsi zamanı dəri köçürülməsi icbari tibbi sığorta hesabına aparılır
02.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Naxçıvanda vətəndaşları qəbul edib
29.01.2026
Ətraflı oxu arrow-right-blue
Naxçıvan Muxtar Respublikasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin filialı yaradılıb
27.01.2026
Ətraflı oxu arrow-right-blue
İcbari tibbi sığortanın Xidmətlər Zərfinə koxlear implantasiya ilə bağlı 3 yeni tibbi xidmət əlavə edilib
27.01.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mətbuat konfransı keçirib
27.01.2026
Ətraflı oxu arrow-right-blue
Ötən il icbari tibbi sığorta barədə genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirilib
23.01.2026
Ətraflı oxu arrow-right-blue
İnsultun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
13.01.2026
Ətraflı oxu arrow-right-blue
Valideynlər övladlarının laborator analiz nəticələrinə artıq “mygov” platformasında baxa biləcəklər
07.01.2026
Ətraflı oxu arrow-right-blue
“Regionlarda uşaqların tibbi müayinəsi” layihəsinin icrası başa çatıb
17.12.2025
Ətraflı oxu arrow-right-blue