Loading...

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi saytı istifadəyə verilib

14.11.2016, 10:59

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi saytı istifadəyə verilib.

Saytda İcbari Tibbi Sığorta (İTS) haqqında məlumat, bu sahədə qanunvericilik bazası, icbari sığortadan kimlərin istifadə edə biləcəyi barədə informasiya, vətəndaşları maraqlandıran suallara cavab əksini tapıb.

Saytın “Ana səhifə” bölməsində icbari tibbi sığorta barədə məlumat verilib. Belə ki, saytın istifadəçisi bu bölmədə “icbari tibbi sığorta nədir?” və ondan “kimlər istifadə edə bilər?”, “vətəndaş İTS haqqında nələri bilməlidir?”, “İTS çərçivəsində vətəndaşlar hansı xidmətləri əldə edir” suallarına cavab verilib. Hər hansı sual yaranarsa, istifadəçinin qurumla əlaqə saxlaması üçün telefon nömrələri və elektron müraciət forması yerləşdirilib.

Növbəti bölmədə “İTS haqqında” ümumi məlumat verilib. Buradan Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasnaməsini, fəaliyyət istiqamətləri, qarşısına qoyduğu məqsəd barədə məlumat əldə etmək mümkündür.

“Media” bölməsində icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar mətbuatda yayılan xəbərlər, yazılar, müsahibələr və televiziya süjetləri yerləşdirilib.

“Vətəndaşlar üçün” nəzərdə tutulan növbəti bölmədə quruma ən çox ünvanlanan suallara cavab verilib.

“İcbari Tibbi Sığorta” bölməsində icbari tibbi sığortadan kimlərin faydalana biləcəyi, İTS çərçivəsində vətəndaşların hansı xidmətlər əldə edəcəyi, hər kəsin bilməsi vacib sayılanlar, İTS-in tətbiqinin əhalinin sağlamlıq səviyyəsinə necə təsir göstərəcəyi, onun tətbiqinin tibb işçilərinə nə verəcəyi və s. barədə ətraflı qeyd olunub.

Nəhayət, sonuncu “Qanunvericilik” bölməsində “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tanış olmaq imkanı yaradılıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 15 fevral 2016-cı il tarixindən etibarən fəaliyyət göstərir.

Agentliyin məqsədi səhiyyə sisteminin maliyyələşdirilməsinin yeni iqtisadi əsaslarla qurulmasını və əhalinin tibbi xidmətlərdən istifadə imkanlarının artırılmasını təmin etməkdir. Agentlik səhiyyə sahəsinə ayrılan vəsaitlərin daha səmərəli istifadə edilməsi ilə əhalinin sağlamlığının yaxşılaşdırılmasına xidmət edir.

Son xəbərlər

Azərbaycan nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub
05.06.2025
Ətraflı oxu
Uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub
02.06.2025
Ətraflı oxu
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirildi
30.05.2025
Ətraflı oxu
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 192-yə çatıb
26.05.2025
Ətraflı oxu
Zaur Əliyev Xaçmazda vətəndaşları qəbul edib
23.05.2025
Ətraflı oxu
Qlütenə qarşı həssaslığın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
20.05.2025
Ətraflı oxu
Plazmaferez – qanın zərərli maddələrdən təmizlənməsi icbari tibbi sığorta təminatına daxildir
15.05.2025
Ətraflı oxu
Allergiyaların diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir
13.05.2025
Ətraflı oxu
Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri