Loading...

TƏBİB-in İdarə Heyətinin sədri “Nümunəvi Həkim Olmağa Doğru” VI Ankara Forumunda iştirak edib

13.12.2019, 10:47

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, ölkəmizin Türkiyədəki səfirliyi və Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Həkimlər Dərnəyinin təşkil etdiyi “Nümunəvi Həkim Olmağa Doğru” VI Ankara Forumunda iştirak edib. Forumun məqsədi Azərbaycan və Türkiyənin səhiyyədə əldə etdikləri uğurlar barədə informasiya mübadiləsi, bu sahədə əməkdaşlığın genişləndirilməsi yolları və təhsilin vəziyyəti, həmçinin müasir dünyanın səhiyyə problemlərini müzakirə etmək olub.

Tədbirdə Azərbaycanın Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri  Xəzər İbrahim, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmiləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi, Türkiyə Ali Təhsil Qurumunun (Türkiye Yüksek Öğretim Kurulu-YÖK) rəsmiləri, Türkiyə Böyük Millət Məclisinin vəkilləri, Bakıda fəaliyyət göstərən tibb müəssisələrinin rəhbər və həkim heyəti iştirak ediblər.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı çıxışında Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi və səhiyyə sahəsində aparılan islahatlar haqqında forum iştirakçılarına ətraflı məlumat verib. İki gün davam edən tədbir rəsmi hissə, panellər və bədii bölmədən ibarət olub. Panellər “Azərbaycanın səhiyyə sistemində və tibbi təhsildə yeniliklər”, “Türkiyədə təhsil alan və çalışan azərbaycanlı həkimlərin problemləri və həllinə dair təkliflər”, “Tibdə elmi araşdırma və nəşrlər”, “Azərbaycanda mütəxəssis həkimlər üçün iş və karyera imkanları”, “Xaricdə təhsil və karyera fürsətləri” və digər əhəmiyyətli mövzuları əhatə edib.Forum başa çatdıqdan sonra TƏBİB-in nümayəndə heyəti Azərbaycanlı Həkimlər Dərnəyinin idarə heyəti ilə qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə görüş keçirib. 
 

Son xəbərlər

Azərbaycan nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub
05.06.2025
Ətraflı oxu
Uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub
02.06.2025
Ətraflı oxu
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirildi
30.05.2025
Ətraflı oxu
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 192-yə çatıb
26.05.2025
Ətraflı oxu
Zaur Əliyev Xaçmazda vətəndaşları qəbul edib
23.05.2025
Ətraflı oxu
Qlütenə qarşı həssaslığın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
20.05.2025
Ətraflı oxu
Plazmaferez – qanın zərərli maddələrdən təmizlənməsi icbari tibbi sığorta təminatına daxildir
15.05.2025
Ətraflı oxu
Allergiyaların diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir
13.05.2025
Ətraflı oxu
Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri