Loading...

TƏBİB-in tibbi ixtisaslar üzrə işçi qruplarının həkim-koordinatorları ilə iclası keçirilib

20.12.2019, 09:08

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tibbi ixtisaslar üzrə işçi qruplarının həkim-koordinatorları ilə iclası keçirilib. İclası giriş sözü ilə açan Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev icbari tibbi sığortanın pilot layihə çərçivəsində üç regionda tətbiqi zamanı əldə olunan müsbət nəticələr barədə iştirakçılara məlumat verib. O ölkə üzrə icbari tibbi sığortanın mərhələli tətbiqi və bu istiqamətdə görülən tədbirlərlə bağlı danışaraq, qarşıda duran vəzifələrin tezliklə səmərəli şəkildə yerinə yetirilməsinin vacibliyini vurğulayıb. İdarə Heyətinin sədri bildirib ki, tibb müəssisələrində göstəriləcək tibbi xidmətlərin keyfiyyətini müasir tələblərə uyğunlaşdırmaq, əhalinin tibbi xidmətlərə əlçatanlığını və xidmətlərin peşəkar tibbi kadrlar tərəfindən göstərilməsini təmin etmək məqsədilə hər kəsin işlərə məsuliyyətlə yanaşması, vəzifə öhdəliklərini layiqincə yerinə yetirməsi mütləqdir.

Gündəlikdə duran məsələlərin müzakirəsini davam etdirən TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı tibbi ixtisaslar üzrə işçi qruplarının tibb müəssisələrinin idarəedilməsi və müəssisələrə nəzarət sisteminin möhkəmləndirilməsi məqsədilə yaradıldığını bildirib: “TƏBİB-in tabeliyinə verilmiş dövlət tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması və standartlaşdırılması, eləcə də ölkədə tibbi kadr potensialının gücləndirilməsi  qarşıda duran əsas prioritet vəzifələrdəndir”. 
Daha sonra iclasda işçi qrupların tərkibi və fəaliyyəti barədə çıxışlar olub. İclas gündəlikdəki digər məsələlərin müzakirəsi ilə davam edib.


 

Son xəbərlər

Azərbaycan nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub
05.06.2025
Ətraflı oxu
Uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub
02.06.2025
Ətraflı oxu
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirildi
30.05.2025
Ətraflı oxu
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 192-yə çatıb
26.05.2025
Ətraflı oxu
Zaur Əliyev Xaçmazda vətəndaşları qəbul edib
23.05.2025
Ətraflı oxu
Qlütenə qarşı həssaslığın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
20.05.2025
Ətraflı oxu
Plazmaferez – qanın zərərli maddələrdən təmizlənməsi icbari tibbi sığorta təminatına daxildir
15.05.2025
Ətraflı oxu
Allergiyaların diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir
13.05.2025
Ətraflı oxu
Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri