Loading...

Milli Hematologiya və Transfuziologiya Mərkəzinə İcraçı direktor təyin edilib

29.12.2019, 09:41

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla Valeh Hüseynovun Milli Hematologiya və Transfuziologiya Mərkəzinin İcraçı direktoru təyin edilməsi haqqında əmr imzalayıb.

V.Hüseynov 1998-ci ildə Azərbaycan Tibb Universitetinin (ATU) pediatriya fakültəsini bitirib. Əmək fəaliyyətinə 1999-cu ildə Respublika Onko-Hematoloji Mərkəzində Kiçik elmi işçi kimi Onko-Hematoloq vəzifəsində başlayıb. 2000-ci ildə B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda elmi işçi, 2001-ci ildən Mərkəzi Klinik Xəstəxanada hematoloq, 2003-cü ildən Xəstəxananın Hematologiya və Onkologiya bölməsi və Qan Bankının müdiri vəzifələrində çalışıb. 2009-cu ildən sözügedən xəstəxananın Terapiya Mərkəzinin müdiri, 2015-2017-ci illərdə ATU-nun Tədris Terapevtik Klinikasının Hematologiya şöbəsinin müdiri vəzifələrində fəaliyyət göstərib. O, bu vəzifəyə təyin olunanadək Talassemiya Mərkəzi publik hüquqi şəxsin direktoru vəzifəsində çalışıb. V.Hüseynov çoxsaylı elmi məqalələrin müəllifidir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il 23 dekabr tarixində ölkədə qan, qan komponentlərinin donorluğu və qan xidməti sahəsində dövlət fəaliyyətinin səmərəliliyini daha da artırmaq və sistemliliyini təmin etmək, əhalinin qan, qan komponentlərinə olan tələbatını ödəmək, habelə qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi zamanı beynəlxalq standartların tətbiq edilməsi məqsədilə Talassemiya Mərkəzi publik hüquqi şəxsin və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun birləşmə formasında yenidən təşkili yolu ilə TƏBİB-in tabeliyində publik hüquqi şəxs statuslu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında Fərman imzalayıb.
 

Son xəbərlər

Azərbaycan nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub
05.06.2025
Ətraflı oxu
Uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub
02.06.2025
Ətraflı oxu
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirildi
30.05.2025
Ətraflı oxu
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 192-yə çatıb
26.05.2025
Ətraflı oxu
Zaur Əliyev Xaçmazda vətəndaşları qəbul edib
23.05.2025
Ətraflı oxu
Qlütenə qarşı həssaslığın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
20.05.2025
Ətraflı oxu
Plazmaferez – qanın zərərli maddələrdən təmizlənməsi icbari tibbi sığorta təminatına daxildir
15.05.2025
Ətraflı oxu
Allergiyaların diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir
13.05.2025
Ətraflı oxu
Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri