Loading...

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi jurnalistlər üçün təlim keçirib

30.01.2020, 14:15

30 yanvar 2020-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ölkənin aparıcı media nümayəndələri üçün “KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması” mövzusunda təlim keçirilib. Təlimin əsas məqsədi media institutları ilə peşəkar kommunikasiyanı gücləndirməkdən, jurnalistlərin icbari tibbi sığorta sisteminin məqsədi, əhəmiyyəti, əhaliyə verəcəyi faydalar və səhiyyənin maliyyələşməsi haqqında məlumatlılıq səviyyəsini artırmaqdan ibarətdir.

Təlimdə Agentliyin departament rəhbərləri Vüqar Qurbanov, Aynurə Əhmədova, şöbə müdirləri Şükür Eyvazov, Yadigar Mahmudzadə, koordinatorlar Səbinə Quliyeva və Nəsimi Nuriyev icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqi və sığorta haqqı, xidmətlər zərfi və müştərək maliyyələşmə məbləği, səhiyyə işçilərinin əməkhaqlarına əlavələrin tətbiqi, tibb müəssisələrinin və tibb işçilərinin kütləvi informasiya vasitələri ilə əməkdaşlığı mövzularında çıxış ediblər. 

Təlimdə icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqi ardıcıllığı, icbari tibbi sığorta haqqının hesablanması kalkulyatoru və icbari tibbi sığorta çərçivəsində həyata keçirilmiş ürək əməliyyatı ilə bağlı videoçarxlar nümayiş olunub. Sonda sual-cavab sessiyası təşkil olunub və jurnalistləri maraqlandıran suallar Agentliyin əməkdaşları tərəfindən cavablandırılıb. 

Təlim iştirakçılarına sertifikatlar təqdim olunub.
 

Son xəbərlər

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri