Loading...

“Xəzər regionunda COVID-19: Səhiyyə siyasətinə təsir” adlı onlayn konfrans keçirilib

28.05.2020, 12:30

Xəzər Siyasət Mərkəzi, Əfqanıstan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkiyə və Özbəkistan səfirliklərinin dəstəyi ilə sözügedən ölkələrin ictimai səhiyyə nümayəndələrinin, həmçinin Amerika Birləşmiş Ştatlarının yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə Trans-Xəzər Forumu çərçivəsində “Xəzər regionunda COVID-19: Səhiyyə siyasətinə təsir” adlı onlayn konfrans keçirilib. Konfransın keçirilməsində məqsəd koronavirus pandemiyası ilə mübarizədə ölkələrin əldə etdikləri təcrübəni bölüşmək, qlobal iqtisadi fəaliyyətin və tələbin kəskin düşməsi nəticəsində yaranmış fəsadlardan planlı çıxışı və milli yanaşmaları müzakirə etmək olub. 

Konfransda Azərbaycan tərəfdən Səhiyyə nazirinin müavini Viktor Qasımov və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev iştirak edib. 
Konfransı moderator qismində idarəedən ABŞ-ın keçmiş səfiri, Səhiyyə və İnsan Xidmətləri Departamentində qlobal işlər üzrə katib köməkçisi vəzifəsini icra edən Cimmi Kolker bildirib ki, konfransın əsas mövzusu koronavirus pandemiyasının əhalinin sağlamlığına və region ölkələrinin səhiyyə siyasətinə etdiyi təsirləri və pandemiya ilə mübarizədə əldə olunan təcrübələri bölüşmək, regional və daha geniş beynəlxalq əməkdaşlığı inkişaf etdirmək üçün imkanları müəyyənləşdirməkdir.

Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev öz növbəsində Xəzər regionunda COVID-19-u müzakirə etmək üçün onlayn konfransın təşkilinə görə Xəzər Siyasət Mərkəzinə təşəkkürünü bildirib. Onun sözlərinə görə, Azərbaycan pandemiya ilə mübarizədə ilk gündən etibarən zəruri qabaqlayıcı, profilaktik və təxirəsalınmaz tədbirlər görür: “Pandemiya zamanı bizim üçün prioritet məsələ insan sağlamlığı və sosial təminatın qorunmasıdır. Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə ilin əvvəlində Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Ölkəmizdə 24 mart tarixindən xüsusi karantin rejimi tətbiq olunur”. O qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Fondun məqsədi koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısını almaq və görülən tədbirlərə maddi yardım göstərməkdir. 

Z.Əliyev Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20-dən çox xəstəxananın ayrıldığını konfrans iştirakçılarının diqqətinə çatdırıb: “Bundan əlavə, hər birində 200 çarpayılıq 10 müasir modul tipli xəstəxananın tikilib istifadəyə verilməsi nəzərdə tutulub. Həmçinin laboratoriya müayinələri, virusun diaqnozu və müalicəsi üçün lazım olan tibbi ləvazimatlar alınaraq xəstəxanaların təchizatı gücləndirilib”. 

Çıxışının sonunda İdarə Heyətinin sədri koronavirusa qarşı cavab tədbirləri üzrə Azərbaycanın öz təcrübəsini Trans-Xəzər Forumunun digər üzv dövlətləri ilə bölüşməyə və bu sahədə birlikdə işləməyə hazır olduğunu vurğulayıb.

Konfrans digər iştirakçıların çıxışları ilə davam edib.
 

Son xəbərlər

Azərbaycan nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub
05.06.2025
Ətraflı oxu
Uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub
02.06.2025
Ətraflı oxu
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirildi
30.05.2025
Ətraflı oxu
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 192-yə çatıb
26.05.2025
Ətraflı oxu
Zaur Əliyev Xaçmazda vətəndaşları qəbul edib
23.05.2025
Ətraflı oxu
Qlütenə qarşı həssaslığın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
20.05.2025
Ətraflı oxu
Plazmaferez – qanın zərərli maddələrdən təmizlənməsi icbari tibbi sığorta təminatına daxildir
15.05.2025
Ətraflı oxu
Allergiyaların diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir
13.05.2025
Ətraflı oxu
Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri