Loading...

Dünya Bankının Azərbaycan nümayəndəliyi pilot ərazilərdə icbari tibbi sığortanın tətbiqi ilə tanış olub

05.07.2017, 15:10

İyulun 5-də Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Navid Naqvi icbari tibbi sığortanın tətbiqi ilə tanış olmaq məqsədilə pilot ərazilərdəki tibb müəssisələrində - Yevlax rayon Mərkəzi Xəstəxanasında, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında və Yevlax rayonu Xaldan Ailə Sağlamlıq Mərkəzində olub.

Dünya Bankının nümayəndələrinə pilot tibb müəssisələrində görülən işlər haqqında geniş məlumat verilib. Bildirilib ki, Yevlax rayonunda və Mingəçevir şəhərində Ailə Sağlamlıq Mərkəzləri yaradılıb. Mərkəzi Xəstəxanaların nəzdində xəstələri operativ və keyfiyyətli tibbi xidmətlə təmin etmək məqsədilə qabaqcıl ölkələrdə təcili və təxirəsalınmaz tibbi yardımın təşkilində geniş istifadə olunan “çeşidləmə” (“triaj”) sistemi qurulub. Nümayəndələr 24 saat ərzində xidmət göstərən laboratoriyaların təkmilləşdirilmiş fəaliyyət prosesi ilə tanış olublar. Laboratoriyalarda quraşdırılan müasir tibbi avadanlıqlar qanın nəinki ümumi və biokimyəvi, artıq hormonal analizlərini də həyata keçirməyə imkan verir.

Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Navid Naqvi icbari tibbi sığorta sisteminin səhiyyə xidmətlərinin əlçatanlığının və keyfiyyətinin təmin edilməsinin əsas elementi olduğunu və onun bütün Azərbaycan vətəndaşları üçün vacib olmasını diqqətə çatdırıb. O bildirib ki, Dünya Bankı səhiyyə sisteminin müxtəlif maliyyələşdirmə imkanlarının tədqiq olunmasında Agentliklə sıx əməkdaşlıq etmişdir və bu əməkdaşlığı davam etdirməyi planlaşdırır. Navid Naqvi Yevlax və Mingəçevirdə pilot layihələrin icrasının Azərbaycanda icbari tibbi sığortanın tətbiqi prosesinin təkmilləşməsinə və onun daha geniş miqyasda tətbiq olunmasına təkan verəcəyinə umidvar olduğunu qeyd edib.

Onu da qeyd edək ki, Dünya Bankı ​Azərbaycan və digər postsovet ölkələri​ ilə səhiyyə sistem​lər​i​nin yenidənqurulması məqsədilə ​sıx əməkdaşlıq edib. Bu ölkələrdə ​ səhiyyə xidmətlərinin təkmilləşdirilməsi​, bazar iqtisadiyyatına uyğunlaşdırılmış səhiyyə iqtisadiyyatının əsasının qoyulmasında və tibbi xidmətlərin keyfiyyəti​nə nəzarət sistem​lərinin qurulmasında yardımçı olub. ​ Eyni zamanda Dünya Bankı bir çox ölkələrdə İTS sisteminin qurulması üçün texniki dəstək göstərir.

Agentliyin direktoru Zaur Əliyev mətbuata açıqlamasında bildirib ki, rəhbərlik etdiyi qurumun fəaliyyət planının hazırlanmasına dəstək məqsədilə Dünya Bankı Azərbaycana ekspertlər dəvət edib. Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi zamanı beynəlxalq təcrübənin öyrənilməsi üçün gələcəkdə də Dünya Bankı ilə sıx əməkdaşlıq edilməsi nəzərdə tutulub.

Son xəbərlər

Azərbaycan nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub
05.06.2025
Ətraflı oxu
Uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub
02.06.2025
Ətraflı oxu
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirildi
30.05.2025
Ətraflı oxu
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 192-yə çatıb
26.05.2025
Ətraflı oxu
Zaur Əliyev Xaçmazda vətəndaşları qəbul edib
23.05.2025
Ətraflı oxu
Qlütenə qarşı həssaslığın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
20.05.2025
Ətraflı oxu
Plazmaferez – qanın zərərli maddələrdən təmizlənməsi icbari tibbi sığorta təminatına daxildir
15.05.2025
Ətraflı oxu
Allergiyaların diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir
13.05.2025
Ətraflı oxu
Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri