Loading...

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəyə 41 təcili tibbi yardım avtomobili və Ambulans-Perinatal gətirilib

18.06.2020, 15:29

Ölkə üzrə icbari tibbi sığortanın tətbiqi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən respublikaya ümumilikdə 41 ədəd olmaqla, 39 ədəd yeni, müasir avadanlıqlarla təchiz olunan təcili tibbi yardım avtomobili və 2 ədəd Ambulans-Perinatal gətirilib.

Ambulans-Perinatal tibb müəssisələrində anadan olan patoloji yenidoğulmuşların burada göstərilməsi mümkün olmayan tibbi xidmətləri almaları üçün müvafiq perinatal mərkəzlərə çatdırılmasını həyata keçirəcək. Bu avtomobillər yenidoğulmuşlara ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi üçün bütün lazımi tibbi avadanlıqlar və küvez aparatları ilə təchiz ediliblər. Qeyd edək ki, respublikaya gətirilən yeni, müasir standartlara cavab verən Ambulans-Perinatal ölkə səhiyyəsində yenilikdir.

39 ədəd təcili tibbi yardım avtomobilinin salonlarının təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir. Avtomobillər bir sıra özünəməxsus özəlliklərə malikdirlər. Belə ki, ambulanslar kardiomonitor, 3 növ xərək, vakuum şinalar, salondakı hərarəti tənzimləmək üçün klimat-kontrol, işıqlanma sistemi (evimə qədər ötür) və s. xüsusiyyətlərlə təchiz ediliblər.

Avtomobillər ölçü baxımından kiçik olmaları ilə də fərqlənirlər. Bu da onlara tıxac və ya dar olan küçələrdə sərbəst manevr etməyə imkan verir. Həmçinin avtomobillər daha az yanacaq sərf edirlər. “Fiat” markalı “Doblo” modeli təcili tibbi yardım avtomobilləri Türkiyə Respublikasında istehsal olunublar.

Qeyd edək ki, təcili tibbi yardım avtomobilləri Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (15 ədəd), Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasına (10 ədəd) və Abşeron rayon Təcili Tibbi Yardım Stansiyasına (7 ədəd) təhvil veriliblər.

Bu ilin sonuna kimi 41 ədəd təcili tibbi yardım avtomobilinin və 2 ədəd Ambulans-Perinatalın ölkəyə gətirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Azərbaycan nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub
05.06.2025
Ətraflı oxu
Uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub
02.06.2025
Ətraflı oxu
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirildi
30.05.2025
Ətraflı oxu
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 192-yə çatıb
26.05.2025
Ətraflı oxu
Zaur Əliyev Xaçmazda vətəndaşları qəbul edib
23.05.2025
Ətraflı oxu
Qlütenə qarşı həssaslığın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
20.05.2025
Ətraflı oxu
Plazmaferez – qanın zərərli maddələrdən təmizlənməsi icbari tibbi sığorta təminatına daxildir
15.05.2025
Ətraflı oxu
Allergiyaların diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir
13.05.2025
Ətraflı oxu
Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri