Loading...

İcbari tibbi sığortanın tətbiq edildiyi 23 inzibati ərazidə 5 452 520 tibbi xidmət göstərilib

03.07.2020, 11:45

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən icbari tibbi sığorta 2020-ci il 1 yanvar tarixindən 23 inzibati ərazidə - Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Yevlax və Ağdaşda tətbiq edilir.

Cari ilin ilk 6 ayı ərzində sözügedən ərazilərdə tibb müəssisələrinə 1 934 293 müraciət qeydə alınmışdır. Bu müraciətlər üzrə 5 452 520 tibbi xidmət göstərilmişdir.

Vətəndaşların ən çox müraciət etdikləri regionlar Mingəçevir (289 198), Yevlax (153 050), Zaqatala (137 906), Xaçmaz (133 270) və Şəkidir (123 253). Ən çox tibbi xidmət göstərən tibb müəssisələri Mingəçevir şəhər Mərkəzi Xəstəxanası (1 274 694), Ağdaş (413 111), Yevlax (379 846), Quba (322 440) və Şəki rayon Mərkəzi Xəstəxanalarıdır (304 595). 

Qeyd edək ki, Agentlik tərəfindən tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığını təmin etmək məqsədilə respublikanın inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölmələri (TƏB) yaradılmışdır. Hazırda icbari tibbi sığortanın tətbiqi 5 TƏB-i əhatə edir. TƏB üzrə müraciət sayına gəldikdə, ən çox Bərdə-Yevlax TƏB-ə müraciət edilib. Bərdə-Yevlax TƏB üzrə  531 413, Şəki-Zaqatala TƏB üzrə  511 642, Quba-Xaçmaz TƏB üzrə  379 225, Göyçay-Kürdəmir TƏB üzrə  270 448 və Dağlıq Şirvan TƏB üzrə  237 663  müraciət qeydə alınıb.

Müraciətlərin çoxu ümumi tibbi baxışla (61 398) bağlı olub. Ən çox müraciət edilən xəstəliklər sırasında yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası (43 222), essensial (birincili) hipertenziya (40 149), insulindən asılı olmayan şəkərli diabet (32 448), normal hamiləliyin gedişi üzərində müşahidə (22 060), diaqnozu müəyyən edilmiş, şikayəti olmayan şəxslərin ümumi tibbi baxışı və müayinəsi (21 269) və s. xəstəliklər yer alır.

Ümumilikdə 1205 həyati vacib-dəyəri yüksək olan əməliyyat həyata keçirilib. Bahalı əməliyyatlar arasında kardiologiya/ürək-damar cərrahiyyəsi (686), oftalmologiya (278), nevrologiya/neyrocərrahiyyə (87), urologiya (78) və travmatologiya (47) üzrə əməliyyatlar çoxluq təşkil edir. Qeyd edək ki, kardiologiya/ürək-damar cərrahiyyəsi üzrə həyata keçirilən əməliyyatlardan 35-i uşaqlar üzərində aparılıb. 

Son xəbərlər

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri