Loading...

Tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin ödənilməsi oktyabr ayınadək uzadılıb

19.08.2020, 16:25

COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə cari ilin iyul, avqust və sentyabr ayları üzrə də iş vaxtına mütənasib olaraq ödəniləcək. Bununla bağlı “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası   Nazirlər  Kabinetinin  2020-ci  il   25   mart   tarixli 112 nömrəli Qərarında dəyişiklik edilib.

Qüvvədə olan qərara əsasən, COVID-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib:

  • tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;
  • təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində;
  • pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.

Qeyd edək ki, dövlət tibb müəssisələri COVID-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə çalışan tibb işçilərinin siyahılarını İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim etdikdən sonra Agentlik tərəfindən iyul ayı üzrə əməkhaqlarına müddətli əlavənin  ödənilməsinə başlanılacaq.

Məlumat üçün bildirək ki, sözügedən Qərara uyğun olaraq Agentlik tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə 2020-ci ilin mart, aprel, may və iyun ayları üzrə iş vaxtına mütənasib olaraq ümumilikdə 58.3 milyon manat məbləğində müddətli əlavə ödənilib. Belə ki, mart ayı üzrə infeksiya ilə mübarizə tədbirlərində iştirak edən 24 388 nəfər tibb və qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 11.7 milyon manat, aprel ayı üzrə infeksiya ilə mübarizə tədbirlərində iştirak edən 13 245 nəfər tibb və qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 14.1 milyon manat, may ayı üzrə infeksiya ilə mübarizə tədbirlərində iştirak edən 11 638 nəfər tibb və qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 14.3 milyon manat, iyun ayı üzrə isə 14 767 nəfər tibb və qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 18.2 milyon manat müddətli əlavələr ödənilib.

Son xəbərlər

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri