Loading...

Agentliyin “1542” Çağrı mərkəzinə cari ilin mart-avqust ayları ərzində 56 587 müraciət daxil olub

29.09.2020, 15:45

2020-ci ilin mart-avqust ayları ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) “1542” Çağrı mərkəzinə ümumilikdə 56 587 müraciət daxil olub. Çağrı mərkəzinin koronavirus epidemiyası ilə bağlı xəttinə 39 165, icbari tibbi sığorta və digər məsələlərlə bağlı xəttinə 6647,  psixoloji dəstəklə bağlı xəttinə 2298, poliklinik xidmətlərlə bağlı dəstək xəttinə 6685, COVID-19 testinin nəticəsi və seroloji testlərlə bağlı xəttinə isə 1792 müraciət daxil olub.

Koronavirus epidemiyası ilə bağlı xəttə daxil olan müraciətlərin 4892-si koronavirus şübhəsi, 11963-ü özünütəcrid müddəti, 13 890-ı müayinə və müalicə ilə bağlı olub. 

İcbari tibbi sığorta və digər məsələlərlə bağlı xəttə daxil olan müraciətlərin 810-u əlillik məsələləri, 854-ü dərman təchizatı, 4873-ü sosial məsələlər barədə olub.

Psixoloji dəstək xəttinin fəaliyyət göstərdiyi əsas istiqamətlər üzrə müraciətlərin sayı aşağıdakı kimidir:

  • İctimaiyyət və tibbi heyət üçün psixoloji dəstək – 872 müraciət
  • COVID-19 xəstələri üçün psixoloji dəstək – 190 müraciət

Sözügedən xəttə həmçinin psixopatologiya (psixi fəaliyyətin pozulması) ilə bağlı 175 müraciət daxil olub.

Poliklinik xidmətlərlə bağlı dəstək xəttinə isə vətəndaşların səhhətlərində yaranan narahatlıqlarla bağlı müraciətlər daxil olub.

Çağrı mərkəzinə daxil olan bütün müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edənlər aidiyyəti üzrə müvafiq struktur bölmələrə yönləndirilib və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıblar.

Məlumat üçün bildirək ki, Çağrı mərkəzinin koronavirusla bağlı 1542-0 xətti 7 gün 24 saat, icbari tibbi sığorta ilə bağlı xətti (1542-1) iş günlərində saat 09:00-dan 18:00-dək, psixoloji dəstək (1542-2), poliklinik xidmətlərlə bağlı dəstək (1542-3) və COVID-19 testinin nəticəsi (1542-4) ilə bağlı xətləri həftə içi 08:00-dan 22:00-dək, həftə sonu 09:00-dan 21:00-dək, seroloji testlərlə bağlı xətti (1542-4) isə bazar ertəsi – şənbə günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərirlər.

Son xəbərlər

Azərbaycan nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub
05.06.2025
Ətraflı oxu
Uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub
02.06.2025
Ətraflı oxu
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirildi
30.05.2025
Ətraflı oxu
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 192-yə çatıb
26.05.2025
Ətraflı oxu
Zaur Əliyev Xaçmazda vətəndaşları qəbul edib
23.05.2025
Ətraflı oxu
Qlütenə qarşı həssaslığın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
20.05.2025
Ətraflı oxu
Plazmaferez – qanın zərərli maddələrdən təmizlənməsi icbari tibbi sığorta təminatına daxildir
15.05.2025
Ətraflı oxu
Allergiyaların diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir
13.05.2025
Ətraflı oxu
Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri