Loading...

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yeni elektron xidmət istifadəyə verib

25.07.2018, 11:48

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) tərəfindən – “Laboratoriya analizlərinin nəticələri” adlı yeni elektron xidmət istifadəyə verilib.

Yeni elektron xidmət şəffaflığı, coğrafi məkandan asılı olmayaraq laborator müayinə nəticələrinə əlçatanlığı təmin etmək, vətəndaşların növbələrdə analiz cavablarını gözləməsi hallarını azaltmaq, bununla da əhalinin rahatlığını təmin etmək məqsədilə yaradılıb. Bu xidmət vətəndaşlar üçün vaxt itirmədən və kağız daşıyıcıdan istifadə etmədən laboratoriya analizlərinin nəticələrini öyrənmək imkanı yaradır.

Laboratoriya analizlərinin nəticələrini elektron xidmət vasitəsilə əldə etmək üçün vətəndaşa xəstəxana (Mingəçevir şəhər Mərkəzi Xəstəxanası/Yevlax rayon Mərkəzi Xəstəxanası) tərəfindən “Nümunə nömrəsi” və “Xəstə ID”-si qeyd olunan yarlıq (etiket) verilir.

Yeni elektron xidmətdən istifadə etmək üçün İTSDA-nın rəsmi its.gov.az saytında “E-xidmətlər” bölməsinin “Laboratoriya analizlərinin nəticələri” altbölməsini seçmək və yaxud bu linkə daxil olmaq olar. Ehtiyac olarsa vətəndaşlar elektron xidmət vasitəsilə laboratoriya analizlərinin nəticələrini çap funksiyasından istifadə edərək əldə edə bilərlər.

Pilot ərazilərin sakinlərini yeni elektron sistem haqqında maarifləndirmək məqsədilə onlara məlumat vərəqələrinin paylanılması nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, icbari tibbi sığortanın tətbiq edildiyi pilot ərazilərdə - Mingəçevir şəhərində, Yevlax və Ağdaş rayonlarında rəsmi qeydiyyatda olan şəxslər baza zərfinə daxil olan 459 sayda laborator xidmətdən ödənişsiz istifadə edirlər.

Ağdaş rayon Mərkəzi Xəstəxanasında yeni elektron xidmətin tətbiqi şəbəkə və infrastrukturun tam qurulmasından sonra nəzərdə tutulur.

Son xəbərlər

Azərbaycan nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub
05.06.2025
Ətraflı oxu
Uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub
02.06.2025
Ətraflı oxu
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirildi
30.05.2025
Ətraflı oxu
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 192-yə çatıb
26.05.2025
Ətraflı oxu
Zaur Əliyev Xaçmazda vətəndaşları qəbul edib
23.05.2025
Ətraflı oxu
Qlütenə qarşı həssaslığın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
20.05.2025
Ətraflı oxu
Plazmaferez – qanın zərərli maddələrdən təmizlənməsi icbari tibbi sığorta təminatına daxildir
15.05.2025
Ətraflı oxu
Allergiyaların diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir
13.05.2025
Ətraflı oxu
Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri