Loading...

Caspian European Club İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə biznes-forum keçirib

29.08.2018, 15:50

Caspian European Club-un İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyevin iştirakı ilə bu gün (29 avqust) təşkil etdiyi biznes-forum çərçivəsində Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı məsələlər müzakirə olunub.

Tədbirdə çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev icbari tibbi sığortanın tətbiqi ilə bağlı həyata keçirilən pilot layihənin Mingəçevir şəhərində, Yevlax və Ağdaş rayonlarında uğurla davam etdiyini bildirmişdir. Cənab Prezidentin sərəncamına əsasən həyata keçirilən bu layihə çərçivəsində pilot ərazilərdə görülən tədbirlərdən danışan sədr, sözügedən ərazilərdə Agentliyin tabeçiliyinə verilmiş dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin strukturlarının yeniləndiyini, diaqnostik laboratoriyalarının yenidən qurulduğunu, İlkin Səhiyyə Xidmətinin təşkil edildiyini, ailə sağlamlıq mərkəzlərinin yaradıldığını xüsusilə vurğulayıb. Pilot tibb müəssisələrinin idarəedilməsi üçün xəstəxanalarda elektron sistemin geniş tətbiqinə başlanıldığını qeyd edən Z.Əliyev Agentlik tərəfindən yeni elektron xidmətin istifadəyə verildiyini də söyləyib.

Görülən bu kimi tədbirlərlə bağlı pilot ərazilərdə bir neçə istiqamətdə məmnunluq sorğularının keçirildiyini qeyd edən sədr ilkin nəticələrə əsasən əhalinin İTS-nin tətbiqindən məmnunluğunun yüksək olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Biznes-forum çərçivəsində Caspian European Club-un şirkətləri Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı suallar səsləndirib, həmçinin bizneslə İcbari tibbi Sığorta üzrə Dövlət agentliyi arasında aktiv dialoqun davamı üçün təkliflər irəli sürüblər. Telman Əliyev İcbari Tibbi sığorta üzrə Dövlət agentliyinin direktoru vəzifəsinə təyin olunanadək Zaur Əliyevin Caspian European Club-un idarə heyətinin üzvü olduğunu, müxtəlif layihələrin müzakirəsində və həyata keçirilməsində fəal iştirak etdiyini qeyd edib.

Biznes-forumda çıxış edən Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa, həmçinin tədbir zamanı Klub üzvləri tərəfindən səsləndirilən təklif və xahişlərə göstərilən diqqətə görə Zaur Əliyevə minnətdarlığını bildirib.

Telman Əliyev bütün iştirakçıları Azərbaycan Respublikasının Hökumətinin və Caspian European Club-un dəstəyilə sentyabrın 20-də keçiriləcək 7-ci Beynəlxalq Caspian Energy Forum Baku-2018-də iştirak etməyə dəvət edib.

O qeyd edib ki, 1994-cü il sentyabrın 20-də ümummilli lider Heydər Əliyevin rəhbərliyilə Xəzər-Qara dəniz regionunun neft və qeyri-neft sektorunun inkişafına təkan verən “Əsrin müqaviləsi” imzalanıb. “Xəzərin enerji resursları hesabına Avropanın enerji təhlükəsizliyinin təminatının əsası da məhz o zaman qoyulub. Bununla əlaqədar olaraq, hər il eyni vaxtda Caspian Forum Bakida təşkil edəcəyik. “Caspian Energy Forum Baku - 2018”in təşkili Caspian European Club-un yuxarı rəhbərliyinin yaratdığı yeni şərait sayəsində mümkün olub”, - deyə Telman Əliyev vurğulayıb.

Biznes-forum zamanı Zaur Əliyevə Caspian European Club-un fəxri üzvü sertifikatı təqdim olunub. Tədbirdə şirkət rəhbərləri, bir sıra diplomatik qurumların və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən çox şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy International Media Group-un fəa iştirakı ilə yaradılıb.

2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club təsis olunub. Hər iki təşkilat 2 il ərzində Caspian European Club-un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik qaydada Caspian American Club və Caspian Asian Club-un, Caspian American Club və Caspian Asian Club-a daxil olanlar isə Caspian European Club-un üzvü hesab olunurlar.

Yarandığı ilk gündən Caspian European Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.

Son xəbərlər

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri