Loading...

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi jurnalistlər üçün təlim keçirib

26.09.2018, 16:54

26 sentyabr 2018-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ölkənin aparıcı media nümayəndələri üçün “KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması” mövzusunda təlim keçirilib. Təlimin əsas məqsədi media institutları ilə peşəkar kommunikasiyanı gücləndirməkdən, jurnalistlərin icbari tibbi sığorta (İTS) və səhiyyənin maliyyələşməsi haqqında məlumatlılıq səviyyəsini yüksəltməkdən ibarətdir.

Təlimdə Agentliyin departament rəhbərləri Araz Nəsirov, Vüqar Qurbanov, Aysel İbayeva, Aynurə Əhmədova, şöbə müdirləri Şərafət İsmayılova, Sadiq Mədətov və Avropa İttifaqının “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” Tvininq layihəsinin rezident müşaviri Qediminas Çerniauskas İTS-nin tətbiqində beynəlxalq təcrübə, əhalinin sağlamlığının qorunmasında İTS-nin rolu, İTS-nin pilot ərazilərdə tətbiqi, əldə olunan ilkin nəticələr, baza zərfi və istisnalar paketi, Azərbaycanda ilkin səhiyyə xidmətinin təşkili, pilot ərazilərdəki tibb müəssisələrində çalışan tibb işçilərinin İTS sisteminə münasibəti mövzularında təqdimatlarla çıxış ediblər.

Daha sonra “Əhalinin sağlamlığının qorunmasında icbari tibbi sığortanın rolu” mövzusunda yazı, “İcbari tibbi sığorta həyatımda nəyi dəyişəcək?” və ya “İcbari tibbi sığorta nədir?” mövzularında sosial videoçarx müsabiqələrinin şərtləri barədə təlim iştirakçılarına ətraflı məlumat verilərək jurnalistlər müsabiqələrdə iştiraka dəvət ediliblər. Müsabiqələrin şərtləri Agentliyin rəsmi internet səhifəsində yerləşdirilib.

Təqdimatlardan sonra sual-cavab sessiyası təşkil olunub və jurnalistləri maraqlandıran suallar Agentliyin əməkdaşları tərəfindən cavablandırılıb.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Son xəbərlər

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri