Loading...

Türkiyə Respublikasının tibb mütəxəssislərindən ibarət nümayəndə heyəti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində olub

14.11.2020, 14:03

14 noyabr 2020-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Türkiyə Respublikası Səhiyyə Nazirliyinin Avropa Birliyi və Xarici Əlaqələr Baş İdarəsinin müdiri Selami Kılıç ilə görüşüb.

Görüşdə Türkiyənin Gülhanə Tədris və Araşdırma Xəstəxanasının baş həkimi Serkan Gökkaya, Ankara şəhər Xəstəxanasının Pediatriya Mərkəzinin rəhbəri Emrah Şenel, Agentliyin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı və TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev iştirak ediblər. 

Görüşün məqsədi göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması üçün ehtiyaclarla yerində tanış olmaq və gələcək əməkdaşlıq perspektivlərini müzakirə etməkdən ibarət olub. Xəstəxanaların idarəolunması işinin təşkili, Türkiyədəki tibb müəssisələri ilə Azərbaycandakı müəssisələr arasındakı “model xəstəxana” quruculuğu, tibbi-elmi tədqiqat işlərinin aparılması istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Selami Kılıç səmimi qəbula görə Agentliyin İdarə Heyətinin sədrinə təşəkkürünü bildirib. Onun sözlərinə görə, Türkiyə Respublikası Səhiyyə Nazirliyinin 21 nəfərdən ibarət tibb mütəxəssisi 1 saylı Kliniki Tibbi Mərkəzdə fəaliyyət göstərmək məqsədilə Azərbaycan Respublikasına ezam olunub: “TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində fəaliyyət göstərən politravma mərkəzlərindəki xəstələrin müalicəsinin təşkili məsələlərinə Türkiyədə təhsil almış həkimlər də dəstək olacaq”. 

Zaur Əliyev öz növbəsində cəbhədə torpaqlarımız uğrunda vuruşan yaralı hərbçilərə tibbi xidmət göstərmək üçün ölkəmizə ezam olunan tibb mütəxəssislərinə görə Selami Kılıça minnətdarlığını bildirib. Agentliyin İdarə Heyətinin sədri ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatlar, elektron səhiyyənin mövcud vəziyyəti  və s. barədə qonaqlara məlumat verib və  Azərbaycan-Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlığın daha da inkişaf etdiriləcəyini vurğulayıb. 
 

Son xəbərlər

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri