Loading...

“Virtual Diabet Məktəbi” layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib

15.01.2021, 16:53

15 yanvar 2021-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Novo Nordisk şirkəti arasında “Virtual Diabet Məktəbi” layihəsi üzrə Anlaşma Memorandumunun onlayn imzalanması mərasimi keçirilib. Memorandumu Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və Novo Nordisk şirkətinin Azərbaycan üzrə meneceri Gülşabə Abbasova imzalayıblar.

Layihənin əsas məqsədi ölkədə ictimaiyyətin diqqətini şəkərli diabetlə mübarizəyə yönəltmək və əhalini bu istiqamətdə maarifləndirərək sağlam həyat tərzi keçirməyə sövq etməkdir. 

Mərasimdə Novo Nordisk şirkəti, Agentlik və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin nümayəndələri iştirak ediblər.

Agentliyin İdarə Heyətinin sədri qonaqları salamlayaraq bildirib ki, şəkərli diabet XXI əsrdə ən geniş yayılmış xəstəliklərdəndir: “Hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur. Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir”. Onun sözlərinə görə, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır: “İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu birgə səylərimizlə bizə mənfi tendensiyanı müsbətə doğru çevirməyə yeni imkanlar açır”.

Novo Nordisk şirkətinin korporativ vitse-prezidenti Emil Larsen öz növbəsində bildirib ki, 95 ildən artıq tarixi olan Novo Nordisk şirkəti dünyanın 75 ölkəsində fəaliyyət göstərir. 1998-ci ildən isə Azərbaycanla tərəfdaşlıq edir: “Hazırda dünyanın 170 ölkəsində 30 milyon şəkərli diabet daşıyıcısı şirkətin məhsullarından istifadə edir, bununla da insulinə olan tələbatın təxminən 50%-i şirkət tərəfindən təchiz edilir”.

Daha sonra ekspertlər tərəfindən Novo Nordisk şirkətinin Azərbaycandakı fəaliyyəti və layihənin Azərbaycan üçün üstünlükləri barədə məruzələr edilib.

Məlumat üçün bildirək ki, Novo Nordisk şirkəti şəkərli diabetin müalicəsində tibbin ən yeni nailiyyətlərdən istifadə edən dünya üzrə tanınmış şirkətdir. Şirkət dünyada şəkərli diabetlə yaşayan milyonlarla insana və şəkərli diabetə tutulma riski olanlara öz dəstəyini ifadə edir, bu xəstəliklə yaşayan insanların həyat keyfiyyətinin yaxşılaşmasına daim öz töhfəsini verir.  

 

Son xəbərlər

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri