05 May 2022 16:47
“Birləşmiş Krallıq səhiyyə sahəsində tərəfdaşınızdır” mövzusunda konfrans keçirilib
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə “Birləşmiş Krallıq səhiyyə sahəsində tərəfdaşınızdır” mövzusunda konfrans keçirilib.
Konfransda Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp, Azərbaycan Respublikasının Səhiyyə nazirinin müavini Rasim İsmayılov və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev açılış nitqi ilə çıxış ediblər.
Zaur Əliyev Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı görülən işlərdən danışıb. İdarə Heyətinin sədri bildirib ki, səhiyyə xidmətinin təşkili sahəsində, səhiyyə sahəsində dövlət-özəl sektoru tərəfdaşlığının qurulması və inkişaf etdirilməsində Böyük Britaniyanın təcrübəsi Agentlik üçün xüsusilə maraqlıdır.
Tədbirin rəsmi açılış hissəsindən sonra konfransda Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin əməkdaşları və Böyük Britaniyanın laboratoriya diaqnostikası üzrə ixtisaslaşmış şirkətinin nümayəndələri təqdimatlarla çıxış ediblər.
Təqdimatlarda şirkətinin istehsal etdiyi avtomatlaşdırılmış laborator analizatorlar, kimyəvi reaktivlər, molekulyar diaqnostika və laborator tədqiqatların keyfiyyətinə nəzarəti təmin etmək üçün tələb olunan məhsullar haqqında geniş məlumat verilib.
Xəbərlər
İlkin səhiyyə xidməti təkmilləşdirilir
24 Aprel 2024 10:15
Zaur Əliyev Daşkəsən rayonunda vətəndaşları qəbul edib
22 Aprel 2024 10:52
Böyrəyin çıxarılması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır
19 Aprel 2024 09:45
Katarakta əməliyyatı zamanı Amerika istehsalı olan linzalar icbari tibbi sığorta ilə qarşılanır
16 Aprel 2024 10:30
Agentlik tərəfindən 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib
05 Aprel 2024 17:53
İcbari tibbi sığorta ilə transfuzioloji yardım təkmilləşdirilir
01 Aprel 2024 11:56
Zaur Əliyev Kürdəmir rayonunda vətəndaşları qəbul edib
29 Mart 2024 15:00
Təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan verən yeni ambulanslar alınıb
18 Mart 2024 12:40
Qlaukomanın müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12 Mart 2024 12:23
İcbari tibbi sığorta üzrə xidmətlərin göstərildiyi Liv Bona Dea Hospitalına media-tur təşkil edilib
06 Mart 2024 17:00