Loading...

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vahid əlaqələndirmə mərkəzlərində vətəndaşlara xidmət göstərir

26.11.2021, 10:19

2021-ci ilin 23 avqust - 31 oktyabr tarixləri aralığında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Bakı şəhərindəki DOST mərkəzlərinin vahid əlaqələndirmə mərkəzlərində 44 vətəndaşa 51 xidmət göstərilib. Bu xidmətlərin 30-u əlillik statusunun əldə olunması, 13-ü tibbi xidmətlər, 6-sı icbari tibbi sığorta və Xidmətlər Zərfi, 2-si isə COVID-19 infeksiyası və vaksinasiya ilə bağlı olub.

Qeyd edək ki, vahid əlaqələndirmə mərkəzləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) mərkəzlərində cari ilin 23 avqustundan etibarən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 iyun tarixli Fərmanına əsasən vahid əlaqələndirmə mərkəzlərinin yaradılmasında məqsəd şəhid ailəsi üzvləri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və əlilliyi müəyyən edilmiş şəxslərə vahid məkandan dövlət qurumlarının təxirəsalınmaz və operativ xidmət göstərməsini təmin etməkdir. Hazırda vahid əlaqələndirmə mərkəzlərində cəmlənmiş 21 qurumdan biri olan Agentlik sözügedən kateqoriyalara aid vətəndaşlara 3 istiqamət üzrə xidmət göstərir.

Birinci istiqamət Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrinə səhiyyə xidmətləri ilə bağlı müraciətlərin qəbulu üzrədir. Vətəndaş müraciət etdiyi zaman ona gərəkli olan müvafiq tibb müəssisəsi ilə əlaqə saxlanılır, sorğusu lazımi həkimə ünvanlanır, çətinlik yaranarsa, məsələnin həlli istiqamətində müvafiq tədbirlər görülür və ya vətəndaş həmin tibb müəssisəsinə yönləndirilir. Eyni zamanda vətəndaşların Xidmətlər Zərfi ilə bağlı sualları ətraflı şəkildə cavablandırılır, icbari tibbi sığorta sistemindən istifadə qaydası izah edilir.

İkinci istiqamət immunoprofilaktika, yəni COVID-19 infeksiyası ilə bağlı sualların cavablandırılması, vaksinasiya haqqında lazımi informasiyanın və Milli peyvənd təqvimi haqqında məlumatın verilməsi ilə bağlıdır.

Sonuncu istiqamətə isə tibbi arayışların elektron registrindən məlumatların verilməsi aiddir. Belə ki, vətəndaş Nazirliyin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən “Əlillik” altsisteminə daxil edilmiş müayinənin cavabı ilə qane olmadığı zaman (imtinanın səbəbi sənəd yetərsizliyi, müalicə yetərsizliyi və ümumən tibb müəssisəsi ilə bağlı olduğu hallarda) Agentliyin vahid əlaqələndirmə mərkəzlərindəki əməkdaşına müraciət edə bilər. Vətəndaşın sorğusu müvafiq olaraq Agentliyin Tibbi planlama departamenti, DOST Agentliyinin DOST xidmətləri departamenti və ya müvafiq tibb müəssisəsinə yönləndirilir, yaranmış çətinliyin səbəbi araşdırılır və həll edilməsi üçün tədbirlər görülür. Eyni zamanda Agentliyin mütəxəssisləri əlillik statusu ilə bağlı cavab gözləyən və ya statusu əldə etmək üçün müraciət edən şəxslərə də lazımi köməkliyi göstərirlər.

Diqqətə çatdıraq ki, vahid əlaqələndirmə mərkəzləri hazırda 1, 2, 3 və 4 saylı Bakı DOST mərkəzlərində, habelə Abşeron DOST Mərkəzində yerləşir. Həmin mərkəzlərdə Agentliyin əməkdaşları vətəndaşlara xidmət göstərirlər. Vahid əlaqələndirmə mərkəzlərinə həftəiçi saat 09:00-dan 18:00-a qədər müraciət etmək mümkündür.

Son xəbərlər

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri