Loading...

Balakən rayonunda icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilib

05.08.2019, 16:07

5 avqust 2019-cu il tarixində Balakən Rayon İcra Hakimiyyəti və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşkilatçılığı ilə Balakən rayonunda “Ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda növbəti silsilə maarifləndirici tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd əhalini icbari tibbi sığorta sistemi, sistemin üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə hazırlıq barədə məlumatlandırmaq olub.

Tədbirdə Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini Mehparə Əliyeva, Balakən rayon Mərkəzi Xəstəxanasının baş həkimi Dilbər Quliyeva, Agentliyin məsul əməkdaşları Elvin Abbasov və Pərvin Baxşəliyeva çıxış ediblər.

Mehparə Əliyeva çıxışında bildirib ki, ­­­­­bu gün ölkəmizdə səhiyyə sistemində həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri də icbari tibbi sığortanın tətbiq edilməsidir.

Agentliyin əməkdaşları icbari tibbi sığortanın məqsədi, əhaliyə verəcəyi faydalar, xidmətlər zərfi çərçivəsində göstəriləcək tibbi xidmətlər və icbari tibbi sığorta haqqı barədə çıxış ediblər. Bildirilib ki, icbari tibbi sığorta haqqı ödəyən və nəticədə sığortaolunan vətəndaş xidmətlər zərfi çərçivəsində əldə etdiyi tibbi xidmətlər qarşılığında xəstəxanaya heç bir ödəniş etməyəcək. Həkim göndərişi olmadan müraciət edən vətəndaşa isə müəyyən azadolma məbləğinin tətbiqi nəzərdə tutulub.

Sonda vətəndaşları maraqlandıran suallar Agentliyin əməkdaşları tərəfindən cavablandırılıb və iştirakçılara icbari tibbi sığorta ilə bağlı buklet paylanılıb.

6 avqust tarixində isə maarifləndirici tədbirin Qax və Zaqatala rayonlarında keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bundan əvvəl maarifləndirici tədbir 12-13 iyul tarixlərində Quba və Qusar rayonlarında baş tutub.

Son xəbərlər

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri