Loading...

Cari ilin ilk 6 ayı ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 16 463 vətəndaş müraciəti daxil olub

01.08.2022, 15:01

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) 2022-ci ilin ilk 6 ayı ərzində ümumilikdə 16 463 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 16 400-ü ərizə, şikayət və təklif xarakterli olmaqla məktub, 63-ü isə teleqram vasitəsilə edilib. 4238 müraciət vətəndaşlar tərəfindən birbaşa olaraq Agentliyə edilib. Müraciətlər əsasən Bakı, Sumqayıt, Gəncə şəhərləri, Şəki, Bərdə, Masallı və Cəlilabad rayonlarının sakinlərindən daxil olub. Müvafiq dövlət qurumlarından baxılması üçün  Agentliyə yönləndirilən vətəndaş müraciətlərinin sayı isə 12 225 təşkil edib.   

Daxil olan müraciətlərin 7919-u müayinə və müalicə, 4576-sı əlillik məsələləri, 1694-ü işə qəbul və əmək münasibətləri, 841-i dərman vasitələri və tibbi sərflə təminat, 487-si COVID-19, 946-sı isə digər məsələlər ilə bağlı mövzuları əhatə edib. Bütün müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılıb.

Habelə, Agentliyin sosial şəbəkələrdəki səhifələrinə cari ilin ilk 6 ayı ərzində 14 769 sorğu daxil olub. Sosial şəbəkələrdəki vətəndaşları ən çox maraqlandıran mövzular Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər, əlillik məsələləri, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinin və Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin siyahıları, tibb işçilərinin əməkhaqları ilə bağlı artımlar və s. olub.

Bundan başqa, qeyd edilən müddət ərzində Agentliyin rəhbərliyi və vəzifəli şəxsləri tərəfindən 5617 vətəndaş qəbul edilib. Onlardan 140 nəfər Şirvan şəhəri, Hacıqabul, Quba, Qusar, Neftçala, Salyan, Balakən, Zaqatala və Qax rayon sakini Agentliyin İdarə Heyətinin sədri tərəfindən səyyar qaydada qəbul edilib. Qəbula gələn vətəndaşlar əsasən dərman təminatı, tibbi sərfin qarşılanması, əlillik dərəcəsinin təyin edilməsi, müayinə-müalicə, cərrahi əməliyyatlar, işlə təminat, göndərişlərin verilməsi və s. məsələlər ilə bağlı müraciət ediblər. Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb və onların həlli istiqamətində zəruri tapşırıqlar verilib. Məlumat üçün bildirək ki, vətəndaş qəbulu ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminin qayda və tələblərinə uyğun keçirilib.

Məlumat üçün bildirək ki, səyyar qəbullar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq təşkil edilib.

Son xəbərlər

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri