Loading...

Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır

09.07.2024, 11:11

Orta qulağın kəskin iltihabı (kəskin orta otit) əsasən uşaqlarda tez-tez rast gəlinən xəstəliklərdən biridir. Orta qulağa infeksiyanın keçməsi nəticəsində iltihabi prosesin uzun müddət davam etməsi təbil boşluğunda irinli mayenin toplanmasına səbəb olur. Xəstəliyin müalicəsi məqsədi ilə ilkin olaraq həkim tərəfindən medikamentoz müalicə təyin olunur. İltihab və infeksiyanın bir neçə ay ərzində təkrar olunması fonunda şiddədli və ya davamlı qulaq ağrısı, eşitmə zəifliyi, mayenin təsiri altında təbil pərdəsinin şişməsi zamanı mirinqotomiya və ya timpanostomiya əməliyyatlarına ehtiyac yaranır.

Mirinqotomiya eşitmə borusunun keçiriciliyini bərpa etmək məqsədi ilə aparılan cərrahi müdaxilədir. Mirinqotomiya zamanı təbil pərdəsində kəsik açılır və orada yığılan irinli maye xaric edilir. Prosedurdan sonra pasiyent özünü daha yaxşı hiss etməyə başlayır. Bir müddət tıxanıqlıq hissi müşahidə edilsə də qulaqda eşitmə normallaşır. 7-10 gündən sonra təbil pərdəsində açılan kəsik, çapıq izi və ya digər mənfi fəsadlar olmadan tam sağalır.

Kəskin orta otit təkrar olunduqda və iltihablanma 3 aydan artıq davam etdikdə yığılan mayenin xaric edilməsi məqsədi ilə qulağa müvəqqəti  qulaq borusu (timpanostomik boru) yerləşdirilir. Timpanostomiya adlanan bu cərrahi prosedur böyüklərdə adətən yerli keyitmə, uşaqlarda isə ümumi anesteziya altında otolarinqoloq tərəfindən  icra olunur.

Qulaq boruları orta qulaqda bir neçə dəfə infeksiya keçirmiş (kəskin orta otit) uşaqlarda daha çox yerləşdirilir. Mayənin drenajı ilə yanaşı, qulaq borusu ventilyasiyanı təmin edərək orta qulaqda mayenin yığılmasının qarşısını alır.

Böyüklərdə timpanostomik boru adətən, uçuş və ya dayvinq zaman baş verən təzyiq dəyişikliyi (barotravma) nəticəsində şiddətli qulaq ağrısının müalicəsi məqsədi ilə taxılır. Müalicə olunmazsa, nitqdə çətinliklər və ya daimi eşitmə itkisi kimi daha ciddi fəsadlara gətirib çıxara bilər.

Əksər hallarda qulaq borusu 9-18 ay ərzində özü düşür və qulaq pərdəsində açılan kəsik tam sağalır. Qulaq borusu 2 il ərzində özü düşmürsə həkim tərəfindən çıxarılır.

2022-2024-cü il (ilk 4 ay) tarixlərində icbari tibbi sığorta ilə qulağa borunun taxılması (timpanostomiya) ilə birlikdə 96 mirinqotomiya əməliyyatı icra olunub.

Xəstəliyin diaqnostikası üçün otolarinqoloq tərəfindən otoskopiya, audiometriya (eşitmənin dəyərləndirilməsi), timpanometriya (təbil pərdəsinin funksionallığının qiymətləndirilməsi) və endoskopik müayinələr aparılır. Kəllədaxili patologiyaya şübhə olduqda həkim tərəfindən KT və MRT diaqnostik müayinələri təyin oluna bilər. Xəstəliyin diaqnostikası və cərrahi müalicəsi, əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf (qulaq borusu), ehtiyac yaranarsa qulaq borusunun çıxarılması icbari tibbi sığorta ilə qarşılanır.

Mirinqotomiya və timpanostomiya TƏBİB-in tabeliyindəki tibb müəssisələrində və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində göndəriş əsasında icra olunur.

Son xəbərlər

Ötən il ərzində icbari tibbi sığorta ilə 84 milyondan çox tibbi xidmət göstərilib
22.01.2025
Ətraflı oxu
Tənəffüs sistemi xəstəliklərinin diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına qarşılanır
13.01.2025
Ətraflı oxu
Media nümayəndələri üçün “Tibbi savadlılıq” mövzusunda təlim keçirilib
28.12.2024
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 2000-ə yaxın burun çəpəri əməliyyatı icra olunub
23.12.2024
Ətraflı oxu
Zaur Əliyev Masallı rayonunda vətəndaşları qəbul edib
20.12.2024
Ətraflı oxu
Agentliyin “1542” Çağrı mərkəzində yeni xidmət istifadəyə verilib
19.12.2024
Ətraflı oxu
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı keçirib
17.12.2024
Ətraflı oxu
Bir çox travmatoloji xidmətin icbari tibbi sığortaya əlavə edilməsi planlaşdırılır
11.12.2024
Ətraflı oxu
İcbari tibbi sığorta hesabına 690 mindən çox fizioterapiya xidməti göstərilib
06.12.2024
Ətraflı oxu
Çəpgözlük əməliyyatı icbari tibbi sığorta hesabına qarşılanır
02.12.2024
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri