Loading...

Podaqranın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır

03.02.2025, 10:35

Podaqra orqanizmin müxtəlif orqan və toxumalarında sidik turşusu kristallarının çökməsi və bunun nəticəsində yaranan iltihabla xarakterizə olunan sistem xəstəliyidir. Podaqra zamanı sidik turşusu kristalları oynaq və oynaqətrafı toxumalarda, böyrəklərdə və digər orqanlarda sərt düyünlər (tofuslar) şəklində yığılır. 

Xəstəliyin diaqnostika və müalicəsi xəstəliyin formasından asılı olaraq revmatoloq, travmatoloq və uroloq tərəfindən aparılır. Pasiyentin şikayətlərinə əsasən həkim təyinatı ilə tələb olunan müayinələr icra edilir. Podaqranın müayinə və müalicəsi üçün lazım olan laborator analizlər, rentgen, ultrasəs müayinə, fizioterapiya, tibbi göstərişə əsasən stasionar müalicə icbari tibbi sığorta hesabına qarşılanır. 

Xəstəlik ən çox ayağın baş barmaqları, topuq, diz, barmaq, bilək və dirsəklərə təsir etsə də, istənilən oynaqda inkişaf edə bilər. Ən çox görüldüyü yer ayaqda baş barmağıdır. Bu xəstəlik zamanı kəskin ağrılar, şişkinlik, hərəkətdə çətinlik, qızartı kimi simptomlar müşahidə olunur. İlk podaqra tutması, əsasən ayaq baş barmağının oynağında gecə qəfil ağrılarla başlayır və güclənərək bir neçə gün davam edir. Oynağın dərisi qızarır və həmin nayihədə yerli temperatur artır. 

İcbari tibbi sığorta ilə sözügedən tibbi xidmət tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda icra olunur.

Məlumat üçün bildirək ki, sözügedən xəstəlik genetik defektlər, artıq çəki, hipertoniya (yüksək qan təzyiqi), şəkərli diabet, böyrək xəstəlikləri, psoriaz, leykoz və bəzi dərman maddələrinin istifadəsi səbəbindən yarana bilir. Hansı nayihədə əmələ gəlməsindən asılı olmayaraq, müalicə gecikdirilməməlidir. Vaxtında müalicə olunmadıqda, ciddi oynaq zədələnmələrinə səbəb ola, oynaqların deformasiyalarına gətirib çıxara, böyrəklərə də zərər verə bilər. Buna görə erkən diaqnoz və effektiv müalicə olduqca vacibdir.

Podaqranın müalicəsi üçün spirtli içkinin qəbulunu azaltmaq, artıq çəkini atmaq, fiziki aktivliklə məşğul olmaq, həkim təyinatı ilə sidik turşusu mübadiləsinə təsir edən dərman preparatlarının istifadəsi, fizioterapiya tövsiyə edilir. 


 

Son xəbərlər

“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirildi
30.05.2025
Ətraflı oxu
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 192-yə çatıb
26.05.2025
Ətraflı oxu
Zaur Əliyev Xaçmazda vətəndaşları qəbul edib
23.05.2025
Ətraflı oxu
Qlütenə qarşı həssaslığın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
20.05.2025
Ətraflı oxu
Plazmaferez – qanın zərərli maddələrdən təmizlənməsi icbari tibbi sığorta təminatına daxildir
15.05.2025
Ətraflı oxu
Allergiyaların diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir
13.05.2025
Ətraflı oxu
Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri