Loading...

Agentliyin “1542” Çağrı mərkəzi 95%-dən çox zəng cavablandırıb

07.08.2024, 14:37

2024-cü ilin yanvar-iyun ayları ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) “1542” Çağrı mərkəzinə ümumilikdə 143 430 zəng daxil olub. Çağrı mərkəzinin icbari tibbi sığorta ilə bağlı xəttinə 34 975, müqaviləli özəl tibb müəssisələrində xidmət ilə bağlı xəttinə 8970, göndərişlərin verilməsi ilə bağlı xəttinə 11 518, koronavirusla bağlı xəttinə 541, operator ilə əlaqə xəttinə isə 87 426 zəng daxil olub.

Bu ilin 6 ayı ərzində ümumilikdə daxil olan zənglərin 95.80%-i cavablandırılıb. 30 saniyə ərzində cavablandırılan zənglər isə 91.36% təşkil edib. Bu isə o deməkdir ki, Agentliyin Çağrı mərkəzi “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”ndamüəyyən olunmuş minimum hədəf faizini (müvafiq olaraq 90% və 80%) aşıb. Çağrı mərkəzinə zəng edən vətəndaşların orta gözləmə müddəti 15 saniyə olub.

Onu da qeyd edək ki, Çağrı mərkəzi xidmətinin operativliyinin təmin edilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə bir sıra işlər aparılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 6 ayında cavablandırılmayan zənglərin sayında 9% azalma olub. Ümumi zənglərin sayında isə 25% artım müşahidə olunur.

Qeyd edək ki, Çağrı mərkəzi azərbaycan dili ilə yanaşı, rus dilində də fəaliyyət göstərir. Sözügedən müddət ərzində rus dilində Çağrı mərkəzinə ümumilikdə 1798 zəng daxil olub.

Çağrı mərkəzinə daxil olan müraciətlər əsasən icbari tibbi sığorta ilə müayinə və müalicə, dərman və tibbi sərf, tibbi sənədlər (tibbi arayışlar, ölüm haqqında şəhadətnamə və s.), təcili tibbi yardım xidmətinin təmin edilməsi və Vətən müharibəsi iştirakçılarının xidmət alması ilə bağlı mövzuları əhatə edib.

Əlavə olaraq bildirək ki, “1542” Çağrı mərkəzinə nahar və ya gecə vaxtı daxil olan və hansısa səbəbdən cavablandırılmayan zənglər itirilmir, onlara sonradan geri dönüş olunur.

Həmçinin Agentliyin rəsmi internet səhifəsində (its.gov.az) “Zəng sifariş et” funksiyası sayəsində vətəndaşlarla əlaqə saxlamaq mümkündür. Sözügedən müddət ərzində 1078 zəng sifarişi edilib.

Məlumat üçün bildirək ki, Agentliyin Çağrı mərkəzi 4 yönəldici xətt üzrə xidmət göstərir. Çağrı mərkəzinin icbari tibbi sığorta xətti (1542-1), müqaviləli özəl tibb müəssisələrində xidmət ilə bağlı xətti (1542-2), göndərişlərin verilməsi ilə bağlı xətti (1542-3), koronavirusla bağlı xətti (1542-4) həftəiçi 5 gün 09:00-dan 18:00-dək, operator ilə əlaqə xətti (1542-0) isə 7/24 fəaliyyət göstərir.

 

Son xəbərlər

Podaqranın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
03.02.2025
Ətraflı oxu
Ötən il ərzində Agentliyə 11 688 vətəndaş müraciəti daxil olub
31.01.2025
Ətraflı oxu
Xoşxassəli beyin şişlərinin müayinə və cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
30.01.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 2932 sayda varikosel əməliyyatı icra olunub
27.01.2025
Ətraflı oxu
Zaur Əliyev Bərdədə vətəndaşları qəbul edib
24.01.2025
Ətraflı oxu
ATU tələbələri üçün istehsalat təcrübəsi imkanları genişləndirilir
24.01.2025
Ətraflı oxu
Bərdə rayonunda ilkin tibbi-sanitariya yardımı ilə bağlı pilot layihəyə başlanılır
23.01.2025
Ətraflı oxu
Ötən il ərzində icbari tibbi sığorta ilə 84 milyondan çox tibbi xidmət göstərilib
22.01.2025
Ətraflı oxu
Tənəffüs sistemi xəstəliklərinin diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına qarşılanır
13.01.2025
Ətraflı oxu
Media nümayəndələri üçün “Tibbi savadlılıq” mövzusunda təlim keçirilib
28.12.2024
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri